Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2024

Qəlbi islah etməyin yolu

Saleh əməl saleh qəlbdən, fasid əməl fasid qəlbdən qaynaqlanır

Ey nəfs! Əmin ol ki, batinini islah etməyincə, zahirin də islah olmaz. Çünki əməllərin mənbəyi qəlbdir. Ona görədir ki, saleh əməl saleh qəlbdən, fasid əməl isə fasid qəlbdən qaynaqlanır. Bu səbəbdən ən vacib məsələ qəlbi islah etməkdir. Qəlb əvvəlki nəfsi adətlərdən və qəlbi düşüncələrdən təsirlənir. Qəlb düşüncələri də hiss olunan şeylərdən, nəfsi adətlər və xüsusiyyətlərdən qaynaqlanır. Deməli, insan öz qəlbini bu yol ilə islah edə bilməsə, yeganə çarə yolu lətif və mehriban Allahın lütf və kərəm qapısını döymək, Ondan tövfiq və kömək istəməkdir. Bu səbəbdən əgər kimsə həqiqətən də nəfsini və qəlbini islah edə bilməyəcəyini başa düşsə və Rəbbindən rəhmət diləməkdən başqa çarəsi qalmasa, onda özünü dərin dənizdə qərq olan, atəşə düçar olan və heç bir çıxış yolu olmayan bir kəs kimi bilsin, Allaha sığınıb, özünü, qəlbini, əməlini Allaha tapşırsın, Onun inayət və lütfünə nikbin yanaşsın. Belə olduqda, qəti şəkildə xilas olacaq, səadətə yetişəcək, öz istəyinə çatacaq. Çünki Allah elə bir güclüdür ki, zəifləməz, elə bir bağışlayandır ki, xəsislik ona yol tapmaz, elə bir əmanətdardır ki, xəyanət etməz. Deyiblər və necə də gözəl deyiblər: “İnsanı öz zəifliyini dərk edib sadiqcəsinə Allaha sığınmayınca nəfsin və şeytanın hiylələri ilə mübarizə bitmir. Ona görə də əməllərini Allaha tapşırmalı, batinini, ruhunu, qəlbini, cismini, imanını, əməlini Allaha təslim etməlidir, çünki Allah heç kimə zülm etmir və xəyanət etmir.”

Mirzə Cavad Ağa Məliki Təbrizi, “Əl-Muraqibat” kitabı
2167 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP