Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2024

Yəmənlilər Qəzzə əhalisinə dəstəyi davam etdirəcəklər

Yəmən xalqı bu ölkənin müxtəlif şəhərlərinin mərkəzi meydanlarında "Qələbəyə qədər cihad və müqavimət" adı altında kütləvi nümayişlər keçirib, sionist rejimin Qəzzə zolağındakı cinayətlərini və Amerikanın Qüdsü işğal edən rejimə dəstəyini pisləyib, Qəzzə əhalisinə öz dəstəyini vurğulayıb.

Səna əhalisi bu gün (cümə) Əs-Səbin meydanında sionist rejimin cinayətlərinə qarşı şüarlar səsləndirərək Qəzzə əhalisinə dəstək nümayişində iştirak edib.

Nümayişçilər Yəmən və Fələstin bayraqlarını qaldıraraq Qəzzədə və bütün Fələstində fələstinlilərin, xüsusilə uşaqların, qadınların və mülki şəxslərin soyqırım edilməsinə beynəlxalq ictimaiyyətin, qərb ölkələrinin susqunluğunu, ərəb və müsəlman ölkələrinin düşmənlə əlbirliyini şiddətlə pisləyiblər.

Həmçinin Hüdeyda şəhərində Parlamentin və Şura Məclisinin üzvləri, vali müavini, şəhərin vəzifəli şəxsləri və vilayətin hərbi komandirləri nümayişdə iştirak ediblər. Nümayişçilər işğalçı rejim üzərində qələbə çalana qədər məzlum Fələstin xalqına dəstək olacağını vurğulayıblar.
1890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP