Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2024

Türkiyə Hizbullahın kəşfiyyat məlumatını təsdiqlədi

Əvvəllər ölkənin kəşfiyyat rəisi vəzifəsində çalışmış Türkiyənin xarici işlər naziri Qəzzə zolağına hücum üçün Kiprdən istifadə edildiyini bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Xəbər Türk” kanalına müsahibəsində bunu açıqlayıb.
Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bu yaxınlarda Kiprə Qəzzə zolağına hücumda sionist rejimlə əməkdaşlıq barədə xəbərdarlıq edib və bu ölkənin ərazisindən Qəzzə zolağına qarşı əməliyyatlar üçün istifadə olunduğunu bildirib.

Lakin, Kipr hakimiyyəti iddia edib ki, onlar heç bir tərəfə öz ərazisindən Qəzzə zolağına hücum etmək üçün istifadə etməyə icazə verməyəcəklər.

“Anadolu” agentliyinin çərşənbə axşamı yaydığı məlumata görə, Türkiyənin xarici işlər naziri bununla bağlı deyib: “Ankara Cənubi Kiprin Qəzzə zolağına qarşı əməliyyatlar nöqtəsinə çevrilməsi ilə bağlı avropalı tərəflərə və region ölkələrinə dəfələrlə xəbərdarlıq edib.”

H. Fidan əlavə edib: “Oktyabrın 7-dən sonra, İsrailin həyata keçirdiyi ilk əməliyyatın ardınca biz həmişə kəşfiyyat məlumatları vasitəsilə Kiprin cənub hissəsinin bazaya çevrildiyini və bəzi ölkələrin bundan xüsusilə Qəzzəyə qarşı əməliyyatlar üçün istifadə etdiklərini görürdük.”
Fidan vurğulayıb: Kiprin yunanlar məslunlaşmış bölgəsindən Qəzzəyə qarşı çoxlu kəşfiyyat və hərbi uçuşlar həyata keçirilib.”

Türkiyənin xarici işlər naziri deyib: “Bu ölkə sözügedən məsələni qaldıranda onlara elan olundu ki, bu məkan Qəzzə üçün logistik bazadır (humanitar yardım bazasıdır).”
Bununla belə, Fidan bu fəaliyyətin hərbi əməliyyatlar üçün pərdə olduğunu bildirib.
1338 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP