Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2024

Səraya əl-Quds: Düşmən əsirlərin azad olmasının yeganə yolu müqavimətin şərtlərini qəbul etməkdir

Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdsün sözçüsü Əbu Həmzə deyib: “Sionist düşmənə elan edirik ki, sionist əsirləri geri qaytarmağın yeganə yolu Qəzzə zolağından geri çəkilmək, təcavüzü dayandırmaq və əsirlərin mübadiləsi üçün müqavimətin şərtlərini qəbul etməkdir.”

Əbu Həmzə televiziya ilə çıxışında əlavə edib: “Cinayətkar sionist rejim müdafiəsiz bir xalqa qarşı soyqırım törədib.”

O, bildirib: “İsraillilərə deyirik ki, öz başçılarının sözlərinə inanmasınlar, çünki müharibə dayanmadan siz sionist qəsəbələrinə qayıtmayacaqsınız.”

Saraya Əl-Qüdsün sözçüsü deyib: “Son bir neçə həftə ərzində 11 İsrail pilotsuz təyyarəsini vurduq və gündəlik olaraq Rəfah, Cəbəliya və Netsarim bölgələrində düşmən qüvvələrini hədəfə alırıq.”

O, vurğulayıb: “Biz düşmənə deyirik ki, Qəzzə zolağından əsirləri qaytarmaq üçün yeganə həll yolu danışıqlardır.”

“Düşmən Qəzzə zolağında heç bir hədəfinə çatmayıb və biz onun Rəfah, Cəbəliyyə, Əl-Zeytun və Qəzzə zolağının mərkəzində onlarla maşın və hərbi texnikasını məhv etmişik”- deyə, Əbu Həmzə bildirib.

O, qeyd edib ki, müqavimət çox yaxşı vəziyyətdədir və aşınma müharibəsi düşmənə ancaq həsrət və təəssüf gətirəcək.

Saraya Əl-Qüdsün sözçüsü deyib: “Düşmən əsirlərini qorumaq üçün mürəkkəb informasiya müharibəsi aparırıq. Tezliklə israilli əsir Elad Katsirin bizimlə necə yaşadığını göstərəcəyik.”
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP