Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2024

Ceyhun Bayramovun Əli Baqiri ilə telefon danışığı

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov çərşənbə axşamı günorta saatlarında Əli Baqiri ilə telefon danışığında Prezident, Xarici İşlər naziri və onları müşayət edən nümayəndə heyətinin şəhid olması ilə bağlı Azərbaycan Respublikası hökuməti və xalqının, eləcə də bu ölkənin Xarici İşlər Nazirliyinin dərin kədərini ifadə edib və başsağlığı verib.

O, münasibətlərin mürəkkəb mərhələsində iki ölkə arasında dostluq münasibətlərinin normallaşması və inkişafında doktor Əmir Abdullahiyanın peşəkar rolunu mühüm hesab edib.

Ceyhun Bayramov Azərbayacan Prezidentinin bu gün səhər saatlarında İran İslam Respublikasının Bakıdakı səfirliyində olmasını və xatirə kitabını imzalanmasını bu ölkə hökuməti və xalqının dərin kədərinin əlaməti hesab edib, iki ölkə liderləri arasında son razılaşmaların davam etdirilməsinin vacibliyini vurğulayaraq, bu razılaşmaların icrasını sürətləndirmək üçün tam hazır olduğunu bəyan edib.

Bu danışıqda Əli Baqiri də Azərbaycan Prezidentinin başsağlığı məktubunu, ölkəmizin səfirliyində olmasını və hökumət şəhidlərinin xatirə kitabını imzalamasını, həmçinin Azərbaycan Respublikasının digər rəsmi şəxslərinin, o cümlədən Baş nazirin, Milli Məclisin sədrinin, Baş nazirin müavini və Birgə İqtisadi Komissiyanın sədrinin, Xarici işlər və Müdafiə nazirlərinin və Azərbaycan Respublikasının digər rəsmi şəxslərinin telefon zənglərini və başsağlığı məktublarını yüksək qiymətləndirib və buna görə təşəkkür edib.
1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP