Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2024

İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək

Qanunverici, icraçı və ədliyyə qüvvələrin başçıları seçki prosesinin vaxtını nəzərdən keçirdikdən sonra qərara gəliblər ki, yeni prezidentin müəyyən edilməsi üçün seçki 2024-cü il iyunun 28-də keçiriləcək.

Birinci vitse-prezident Məhəmməd Müxbirin və ədliyyə orqanları rəisi höccətül-islam vəl-müslimin Möhsüni Ejeinin, İslam Şurası Məclisi sədri Məhəmməd Baqir Qalibafın iştirakı ilə keçirilən dövlət başçılarının görüşündə, həmçinin prezidentin hüquqi işlər üzrə müavini, Nəzarət Şurasının müavini və daxili işlər nazirinin siyasi işlər üzrə müavininin iştirakı ilə hökumət binasında konstitusiyanın 131-ci maddəsinin icrası ilə bağlı 50 gün ərzində prezident seçkilər prosesi ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb.

Nəticəyə əsasən, seçki prosesinin vaxtı, o cümlədən icraiyyə şuralarının formalaşma vaxtı, namizədlərin qeydə alınması, təbliğat və təşviqat kampaniyası və seçkinin keçirilməsi prosesi araşdırılıb və qərara alınıb ki, Nəzarət Şurasının ilkin razılığına əsasən, yeni prezident 28 iyun 2024-cü ildə seçiləcək.

Təsdiq olunmuş seçki təqviminə əsasən, namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-dək aparılacaq, təbliğat və təşviqat kampaniyası isə iyunun 12-dən iyunun 27-si səhərədək olacaq./irna/
943 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP