Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2024

İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General

İranın raketləri və pilotsuz təyyarələri aprelin 13-ü axşam saatlarında İsrailə qarşı kütləvi hücum zamanı hava hücumundan müdafiə sisteminin 12 eşelonunu keçib.

Bunu SEPAH-ın tərkibində olan “Bəsic” milislərinin rəis müavini, general-mayor Qasım Qüreyşi deyib.

“Bizim raketlərimiz və pilotsuz təyyarələrimiz hədəfə çatmaq üçün hava hücumundan müdafiənin 12 eşelonunu keçməli idi ki, bu da İsrailə qarşı zərbədə istifadə olunan texnologiyanın yüksək səviyyədə olduğunu göstərir”, - o bildirib.

Qüreyşi qeyd edib ki, Tehran hədəf olaraq İsrailin ən çox qorunan iki hərbi bazasını seçmişdi.

General-mayorun sözlərinə görə, bölgədəki bütün xarici hərbi bazalar İrandan atılan raketlərin və pilotsuz təyyarələrin qarşısını almaq üçün İsrail ordusuna kömək edirdi.
1487 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP