Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2024

Zilqədə ayının bazar gününün bərəkətli tövbə namazı

Rəvayətdə gəlmişdir:

Zilqədə ayının bazar günü idi. Allahın Rəsulu (s) evdən çıxdı və səhabələrinə buyurdu:
- Ey camaat! Sizlərdən kim tövbə etmək istəyir?
Dedilər: - Ey Allahın Rəsulu! Biz hamımız tövbə etmək istəyirik.

Həzrət buyurdu:
- Elə isə, qusl edin, dəstəmaz alın, sonra dörd rəkət namaz (tövbə niyyəti ilə iki rəkətli iki namaz) qılın. Hər rəkətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və bir dəfə “Nas” surələrini oxuyun. Namazdan sonra 70 dəfə istiğfar (əstəğfirullahə rəbbi və ətubu iləyh) edib, istiğfarı “La həvlə və lə quvvətə illə billəhil əliyyul əzim”lə sona yetirin.

Sonra bu zikr deyin:
يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ
“Ya əzizu ya ğəffar, iğfir li zunubi və zunubə cəmiil mumininə vəl muminat, fə innəhu lə yəğfiruz-zunubə illa ənt.”

“Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Həqiqətən, Səndən başqa, günahları bağışlayan kimsə yoxdur!”
Sonra həzrət buyurdu: “Mənim ümmətimdən hər kəs bu əməli yerinə yetirsə, səmadan ona bir nida gələr: Ey Allahın bəndəsi! Öz işlərinə yenidən başla. Çünki sənin tövbən qəbul olmuşdur və günahların bağışlanmışdır.
Bu vaxt ərşin altında başqa bir mələk nida edər: - Ey Allahın bəndəsi! Mübarək olsun sənə, ailənə və övladlarına.

Digər bir mələk deyər: - Ey Allahın bəndəsi! Mömin olduğun halda dünyadan gedəcəksən və dinin sənin əlindən alınmaz, qəbrin geniş və nurani olacaq.”
Başqa bir carçı nida edər: - Ey bəndə! Atan-anan səndən narazı olublarsa da, indi səndən razıdırlar. Atan, anan və övladların hamısı bağışlandı, onların ruziləri dünya və axirətdə artacaq.
Cəbrail də belə nida edər: - (Ölüm vaxtı çatanda) Mən ölüm mələyi ilə birlikdə sənin yanına gələcəyəm və ona əmr edəcəyəm ki, səninlə müdara etsin, canını alanda incitməsin, rahat və asanlıqla ruhunu bədənindən çıxartsın.

Ravi deyir: Allahın Rəsulundan (s) soruşduq ki, bu namazı başqa vaxtlarda da yerinə yetirmək olarmı? Əgər başqa zaman yerinə yetirilsə, həmin savaba sahib olacaqdırmı? Həzrət buyurdu: - Dediklərim, onun üçün də vardır. Bunları Cəbrayil (ə) merac gecəsi mənə öyrətdi.
2374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP