Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2024

“Doğru Vəd” əməliyyatının 10 mühüm məqamı

Man Başur, livanlı tədqiqatçı

Birinci: Tehran Dəməşqdəki İran konsulluğunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə komandirinin terror edilməsinə cavab olaraq İran Rəhbərliyi başda olmaqla rəsmilərinin verdiyi vədi həyata keçirdi. Həm də bu əməliyyat İranın qüdrətinin şübhə altına alındığı bütün hərəkətlərə reaksiya idi.

İkinci: Təl-Əviv və Vaşinqton bu əməliyyatın nəticələrini nə qədər azaltmağa çalışsalar da, heç kim inkar edə bilməz ki, İranın hərbi əməliyyatı sionist rejimin hava məkanını bir neçə saat müddətində pilotsuz təyyarə və raketlərlə doldurdu və sionistlər arasında vəhşət və qorxu yaratdı.

Üçüncü: Bu əməliyyat İran İslam Respublikasının son 45 ildəki sanksiyalar və fitnələrə baxmayaraq mühüm və qabaqcıl hərbi imkanlara malik olduğunu sübut etdi və İranın düşmənləri Tehranın gələcək qarşıdurmalarda reaksiya vermək qabiliyyətini dərk etdilər.

Dördüncü: Reaksiya, müttəfiqlərinə söykənmədən tədbir görən bir ölkədən idi və bu, İranın regiondakı müttəfiqləri vasitəsilə reaksiya verəcəyi ilə bağlı təhlillərə zidd idi.

Beşinci: İranın bu reaksiyası ərəb dünyası və İslam dünyasının əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli idi, xüsusən də Fələstində və Qəzzədə bayramı və sevinci görmək olar.

Altıncı: “Doğru Vəd” əməliyyatı İran İslam Respublikası ilə sionist rejim arasında qarşıdurmada yeni balans yaratdı və o da budur ki, sionist rejimin İrana qarşı istənilən hücumuna reaksiya Tehranın müqavimət oxundakı müttəfiqləri vasitəsilə deyil, İslam Respublikasının daxilindən olacaq.

Yeddinci: İranın reaksiyası hesablanmış, regional və beynəlxalq vəziyyət nəzərə alınmaqla həyata keçirildi. Belə deyildi ki, vəziyyət nəzarətdən çıxa, digər tərəfdən də reaksiya verməmiş ola.

Səkkizinci: İranın reaksiyası Ərəb dünyası və İslam dünyasının diqqət yetirməli olduğu, əgər həmrəylik və söz birliyi, eləcə də Amerika və NATO boyunduruğundan azad olmaq iradəsi olarsa, sionist rejimlə hərbi qarşıdurma və onun üzərində qələbənin mümkün olmasında bir model oldu.

Doqquzuncu: Qərbin reaksiyaları Qərblə sionist rejim arasında münasibətlərin pik nöqtəsini göstərdi ki, bu rejimi dəstəkləmək üçün beynəlxalq koalisiya ardıncadırlar, İraq, Suriya, Liviya və Yəmənə qarşı yaradılmış əvvəlki koalisiyalar kimi.

Onuncu: “Doğru Vəd” tarixi əməliyyatı Əl-Əqsa Tufanı tarixi əməliyyatının təkmilləşməsi idi və bundan Qəzzədə baş verən kütləvi qətliamların dayandırılması, Qüds, Məscidül-Əqsa və işğal olunmuş ərazilərdəki digər müqəddəs yerlərin azad edilməsinin xeyrinə istifadə edilməlidir.

Bunlara əlavə edilə bilən başqa vacib məqamlar da var
1. Düşmənin və onu dəstəkləyən güclərin müdafiə sisteminin zəif tərəflərinin və imkanlarının üzə çıxması;
2. İran İslam Respublikası və müqavimət cəbhəsinin son hücum gücünün gizli qalması;
3. Qərbi Asiyada qüvvələr balansında müqavimət cəbhəsinin xeyrinə aydın dəyişiklik;
4. Sionistlər arasında təhlükənin genişlənməsi və fikir ayrılıqları;
5. Suriya və Livanın təhlükəsizliyinin xüsusi şəkildə artması;
6. Bölgədə sionistlərin İran İslam Respublikasına qarşı əməliyyatı əleyhinə yeni balans və qırmızı xəttin qurulması;
7…
3029 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP