Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2024

İngilis analitik: İran İsraili cəzalandırmaqla bu rejimin təcavüzkarlığına cavab qapısını açdı

İngiltərədəki siyasi məsələlər üzrə analitik bildirib ki, İran sionist rejimi cəzalandırmaqla bu rejimin təcavüzkar hərəkətlərinə cavab qapısını açdı.

Yazıçı, tarixçi, analitik və “Politics First” jurnalının redaktoru Markos Papadupulos bazar günü Londonda İRNA müxbirinə müsahibəsində deyib: “Son 24 saat ərzində İran regionda yeni fəsil yaradıb. Beləliklə, Tehran bundan sonra İsrailin hər bir təcavüzkar hərəkətinə güc dili ilə cavab verəcək.

İran hökumətinin cavabı həm düşünülmüş, həm də ağıllı idi. Çünki iranlılar İsrailə hərbi hücumla israillilərin tələsinə düşmədilər. İran ordusu istəsəydi, nəhəng, mürəkkəb və güclü pilotsuz təyyarələr və raket arsenalı ilə israilliləri ağır itkilərə məruz qoya bilərdi.

Amma iranlılar belə hərbi əməliyyat həyata keçirsəydilər, Amerika İrana qarşı cavab tədbirləri görməyə məcbur ola bilərdi və bu da, Amerika ilə İran arasında müharibəyə gətirib çıxarardı.”

Analtik müsahibəsinin başqa bir hissəsində İran kəşfiyyatının Hörmüz boğazında sionist rejimə aid gəmini ələ keçirmək üçün hərəkətindən söz açaraq bildirib ki, indi bir neçə qərbli şərhçi Təl-Əvivin necə cavab verəcəyini və vətəndaşlarını geri qaytarmaq üçün nə edəcəyini soruşurlar.

“İran israilliləri çox çətin vəziyyətə salıb” deyən siyasi məsələlər üzrə analitik əlavə edib ki, İndi top Təl-Əvivin meydançasındadır və bu rejim növbəti təcavüz aktını həyata keçirmək istəsə, İran daha bir İsrail gəmisini saxlayacaq.

Nə Amerika, nə də İran bir-biri ilə müharibə istəmir. Halbuki, İsrailin əsas məqsədi onların arasındakı müharibənin baş verməsidir. Bu səbəbdən İranın Dəməşqdəki konsulluğunu bombaladıblar./irna/
2504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP