Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2024

İngiltərə, Fransa və Almaniya səfirləri İran Xarici İşlər Nazirliyinə çağırıldı

İngiltərə, Fransa və Almaniyanın Tehrandakı səfirləri bu ölkələrin bəzi rəsmilərinin İranın sionist rejimin ölkəmizin vətəndaşlarına və mənafelərinə qarşı silsilə hərəkətlərinə cavab verməsi ilə bağlı məsuliyyətsiz mövqelərindən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

İngiltərə, Fransa və Almaniyanın bəzi rəsmilərinin sionist rejimin ölkəmizin vətəndaşları və mənafelərinə qarşı silsilə hərəkətlərinə –sonuncusu isə ölkəmizin Dəməşqdəki səfirliyinə qorxaqcasına hücum olub– İran İslam Respublikasının cavabı ilə bağlı məsuliyyətsiz mövqelərinin ardınca, İngiltərə, Fransa və Almaniyanın Tehrandakı səfirləri Simon Şercliffe, Nikola Resç və Hans Odo Motsel bu gün səhər saatlarında XİN-nin Qərbi Avropa məsələləri üzrə Baş direktoru tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu çağırışda Qərbi Avropa məsələləri üzrə Baş direktor deyib: “Ötən gecə İran İslam Respublikası Silahlı Qüvvələrinin sionist rejimin hərbi bazalarına qarşı əməliyyatı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni və təbii müdafiə hüququndan istifadə etmək çərçivəsində və sionist rejimin törətdiyi silsilə cinayətlərə, xüsusən də İran İslam Respublikasının səfirliyinə son hücuma cavab idi.”

Qərbi Avropa məsələləri üzrə Baş direktor sionist rejimin ölkəmizin diplomatik məkanlarına hava hücumu ilə bağlı üç Avropa ölkəsinin ikili yanaşmasını, eyni zamanda İran İslam Respublikasının BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, təcavüzkara qarşı qanuni müdafiə hüququndan istifadə etməsini pisləməsinə etirazını bildirərək deyib: “İran İslam Respublikası özünün konstruktiv və təsirli tədbirləri ilə göstərdi ki, həmişə mümkün imkanlardan istifadə etməklə gərginliyin artmasının qarşısını almağa çalışıb. Buna baxmayaraq, sionist rejimin avantüraları davam edərsə, öz qanuni mənafelərini istənilən təcavüzkar hərbi hərəkətlərə və güc tətbiqinə qarşı qorumaq üçün xalqının suverenliyini, təhlükəsizliyini və sülhünü qətiyyətlə müdafiə edəcəkdir.”
2280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP