Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2024

Səudiyyə rəsmisi: HƏMAS, Hizbullah, Ənsarullah və İran xalqın gözündə qəhrəmandır

Səudiyyə rəsmisi sionist rejim telekanalına verdiyi müsahibədə deyib: “HƏMAS, Hizbullah, Ənsarullah və İran qəhrəman kimi görünür, İsraillə sazişə getməyə çalışan biz ərəb dövlətləri isə satqın kimi görünürük.”

Adının çəkilməsini istəməyən Səudiyyə rəsmisi əlavə edib ki, İsraillə münasibətləri normallaşdırmaq üçün yalnız “bir neçə məsələ” qalıb.

ABŞ dövlət katibi Antoni Blinkenlə Ciddəyə səfər edən yüksək rütbəli amerikalı məmur bildirib ki, Səudiyyə Ərəbistanındakı danışıqlarda Fələstin dövlətinin yaradılmasında etibarlı irəliləyiş müqabilində Ər-Riyadın sionist rejimi tanıması planının ikitərəfli hissəsi müzakirə olundu. ABŞ-ın planına müdafiə zəmanətləri və Səudiyyə Ərəbistanının mülki nüvə proqramının gücləndirilməsində ABŞ yardımı daxildir.

Halbuki, yanvar ayında sionist rejimin baş naziri Benyamin Netanyahu Blinkenin Səudiyyə Ərəbistanının İsrail rejimi ilə münasibətlərini normallaşdıracağı və bunun müqabilində Təl-Əvivin Fələstin dövlətinin qurulması üçün yol təqdim etməyə razılaşacağı təklifini rədd etdi.
911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 13:41
28.03.24, 09:28
Putin: Əgər F-16...
20.03.24, 09:23
Bayramınız mübarək
Go to TOP