Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2024

Ənsarullah Qırmızı dənizdə Amerika gəmisinə hücumu təsdiqləyib

Yəmən Milli Ordusunun mətbuat katibi Yəhya Sərii bazar ertəsi axşam saatlarında Qırmızı dənizdə Amerika gəmisinə hücumu təsdiqləyib.

İRNA-nın Yəmənin “Əl-Məsirə” telekanalının saytına istinadən verdiyi məlumata görə, Sərii deyib: “Dəniz qüvvələrimiz hərbi əməliyyat keçirib və Ədən körfəzində Amerika gəmisini hədəfə alıb.”

Yəmən Milli Ordusunun sözçüsü əlavə edib: “Amerika və İngiltərə gəmiləri hücum üçün hərbi hədəflərdir.”

“Qırmızı dənizdə hərbi əməliyyatlar Qəzzaya qarşı təcavüz dayandırılana qədər davam edəcək” - deyə, o, qeyd edib.

Y. Sərii vurğulayıb: “ABŞ və İngiltərənin təcavüzlərinin cavabı heç şübhəsiz gələcəkdə veriləcək və Yəmənə qarşı hər hansı yeni hücum cavabsız qalmayacaq.”
2403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP