Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2023

Misirli müfti: Əhli-beyt (ə) nəslinin davam etməsi Allahın möcüzəsidir

Misir ölkəsinin sabiq müftisi və bu ölkənin Böyük Alimlər Şurasının üzvü Şeyx Əli Cümə “Səqleyn” hədisinin təvatür olduğunu vurğulayaraq, Əhli-beyt (ə) nəslinin sağ qalmasını Allahın möcüzəsi və peyğəmbərlərin sonuncusu mövlamız Muhəmmədin (sallallahu aleyhi və alihi və səlləm) təsdiqi kimi dəyərləndirib.

Şeyx Əli Cümə Facebook səhifəsində yazıb: “Bizim ağamız Rəsulullah (sallallahu aleyhi və alihi və səlləm) vəhyi çatdırdı və həqiqəti söylədi. Göylərin və yerin Rəbbi yeddi səmanın və əzəmətli ərşin üzərindən onun peyğəmbərliyini təsdiq etdi.”

Böyük Alimlər Şurasının üzvü Peyğəmbərin (s) Allahın Kitabını və Əhli-beyti (ə) iki ağır əmanət olaraq insanların arasında əmanət qoyduğunu bildirən “Səqəleyn” hədisinə toxunaraq, bir çox müsəlman alimlərin öz məşhur kitablarında bu hədis haqda söz açdıqlarını vurğulayıb.

Misirli müfti yazıb: “Həzrət Rəsuli-əkrəm (səlləllahu ələyh və alih) əmin idi ki, onun nəsli iki nəvəsi Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam) vasitəsilə şərqdən qərbə qədər bütün yer üzünü əhatə edəcək.”
O vurğulayıb: “İmam Həsənə (əleyhissalam) zəhər verildi və şəhid oldu və İmam Hüseyn (əleyhissalam) qətlə yetirilərək şəhid oldu, lakin Uca Allah İmam Hüseynin (əleyhissalam) oğlu İmam Əli Zeynül-Abidini (öldürülməkdən) xilas etdi. Necə ki, İmam Həsən Müctəbinin (əleyhissalam) övladları Həsən əl-Müsənna və qardaşı Zeyd əl-Əbləci xilas etdi və bu üç pak-pakizə insanlardan nəcib övladlar və nəsillər dünyaya gəldi.”

Şeyx Cümə çıxışının sonunda yazıb: “Peyğəmbər nəslinin və övladlarının qalmasını görürüksə, bu, ancaq Allahın lütfü üzündəndir.”
2968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP