Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2023

Ərəb Liqası sionist rejimin Məscidül-Əqsaya qarşı hərəkətlərinə reaksiya verib

Ərəb Liqası Katibliyi sionist rejimin Qüds və Məscidül-Əqsaya davamlı hücumlarına son qoyulması, işğalçı rejimin bu müqəddəs məkanın hüquqi və tarixi statusunun dəyişdirilməsi istiqamətində hərəkətlərinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin dərhal müdaxiləsini tələb edib.

Ərəb Dövlətləri Liqasının Katibliyi Məscidül-Əqsanın sionistlər tərəfindən yandırılmasının 54-cü ildönümü münasibətilə yaydığı bəyanatda sionist rejimin müsəlman və xristianların müqəddəs məkanları, xüsusilə də Məscidül-Əqsaya qarşı bütün hücumlarını pisləyib.

Liqanın bəyanatında vurğulanır: “Məscidül-Əqsa tamamilə yalnız müsəlmanların ibadətinə aiddir. Fələstinin paytaxtı və müqəddəsləri olaraq Şərqi Qüds üzərində Fələstin Milli Hökumətinin suverenliyini aradan qaldırmaq cəhdini pisləyirik.”

Ərəb Dövlətləri Liqasının Katibliyi sionist rejimin müxtəlif kabinetlərinin Məscidül-Əqsaya zərər vurmaq, bu müqəddəs yerin və onun ətraf məkanının altında tunellər və quyular yaratmaqla ona qarşı hörmətsizlik istiqamətində atdığı addımlara toxunaraq, bu hərəkətləri Məscidül-Əqsanın dağıdılması cəhdi adlandırıb.
3051 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP