Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2023

Yəmənli komandir: ABŞ-ın ölkəmizin ərazi sularına yaxınlaşmasına icazə verməyəcəyik

Yəmənin Sahil Müdafiə Qüvvələrinin komandanı Məhəmməd əl-Qadiri bu gün (çərşənbə günü) “Əl-Məsirə” telekanalına açıqlamasında Amerikaya sərt xəbərdarlıq edib.

Əl-Qadiri deyib: “Yəmənin sahil müdafiəsi Amerika qüvvələri Süveyş kanalına daxil olduqdan sonra onları izləyir və onların ölkənin ərazi sularına yaxınlaşmasına imkan vermir.”
O əlavə edib: “Amerika və sionist rejim qüvvələrinin Qırmızı dənizdə və Bab əl-Məndəbdə mövcudluğu təxribat xarakterlidir. Yəmən Hərbi Dəniz Qüvvələri düşmənin daxil olmasının qarşısını alan imkanlara və sürprizlərə malikdir.

Yəmən Hərbi Dəniz Qüvvələri atəşkəs dövründə və gərginliyin azaldılması dövründə öz imkanlarını qurmaq və inkişaf etdirmək üçün misli görünməmiş addımlar atıb və düşmən üçün sürprizləri var.”
Sahil Müdafiə Qüvvələrinin komandanı vurğulayıb ki, Yəmən sahillərində yerləşdirilən qüvvələr istənilən mümkün təcavüzə cavab verməyə tam hazırdır və heç kimə Yəmənin ərazi sularını pozmağa icazə verməyəcək.

Bundan əvvəl Yəmən Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-İzzi də Twitter səhifəsində Amerika qüvvələrinə Yəmənin ərazi sularına yaxınlaşması ilə bağlı ciddi xəbərdarlıq edərək yazmışdı ki, beynəlxalq sülhü və təhlükəsizliyi, habelə Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini qorumaq üçün Amerika qüvvələri bizim regional sularımızdan uzaq durmalıdır. Çünki istənilən yaxınlaşma (məhz yaxınlaşma) bəşər tarixində ən uzun və ən çox xərc tələb edən döyüşün başlanğıcı mənasınadır.

Qeyd edək ki, avqustun 7-də Amerika Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması Qərbi Asiyaya, xüsusilə Qırmızı dənizə (Qərbi Yəmənə) 3000-dən çox Amerika dənizçisi və əsgərinin gəldiyini elan edib.
2017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP