Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2023

Pakistan KİV-ləri: Dolların İranla ticarətdən çıxarılması prosesinə start verilib

“Əl-Məyadin” telekanalı xəbər verib ki, Pakistan Ticarət Nazirliyi dünən rəsmi açıqlama yayaraq, İran, Əfqanıstan və Rusiya ilə bəzi mallarda barter mübadiləsinə icazə verdiyini bildirib.
Pakistanlı iqtisadi müşahidəçilər və jurnalistlər Pakistan hökumətinin İranla ticarətdə qarşılıqlı mexanizm tətbiq etmək qərarını alqışlayıblar və dolların İranla ticarətdən çıxarılması prosesinin başlandığını xəbər veriblər.
Pakistanın Ticarət Nazirliyi bu barədə məlumat yayıb ki, Əfqanıstan, İran və Rusiya ilə bəzi mallarda barter mübadiləsinə icazə verilməsi üçün xüsusi sərəncam verib və bu sərəncam barter sistemi ilə İran və Rusiyadan qaz, benzin və digər malların idxalına icazə verir.
Pakistandakı iqtisadi ekspertlər barter mübadiləsi mexanizmi əsasında İranla idxal və ixracı asanlaşdırmaq məqsədilə Ticarət Nazirliyinin yeni siyasətini alqışlayıblar və hesab edirlər ki, bu yolla ikitərəfli ticarətdə dollardan asılılıq azalacaq, qeyri-rəsmi ticarət və qaçaqmalçılığın qarşısı alınacaq.
Bu qanun Pakistanın yazılı və elektron mediasında geniş əksini tapıb. Ekspertlər bu layihənin dolların təzyiqini azaldacağına, Pakistanın idxal-ixrac vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərəcəyinə inanırlar.
Pakistan qəzetləri yazıblar ki, İran, Rusiya və Əfqanıstanla ticarətdə əmtəə mübadiləsi mexanizminin rəsmi şəkildə tətbiqi, xüsusən də qonşu İran ölkəsindən neft məhsullarının idxalına şərait yaradılması Pakistanın ticarət və sənaye ictimaiyyəti üçün yaxşı xəbərdir.
Valyuta ehtiyatları qıtlığı ilə üzləşən və bu ehtiyatların yalnız bir ay ərzində ölkənin idxalına kifayət edəcəyini bilən Pakistan hökuməti tədiyyə balansı böhranını idarə etməyə və inflyasiya səviyyəsinə nəzarət etməyə təlaş göstərir.
Bu ölkədə inflyasiya səviyyəsi keçən ay 38%-ə yaxın rekord həddə çatıb.
1926 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP