Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2023

Türkiyə PUA-ları Ukrayna səmasından yoxa çıxıb!

Pentaqona bağlı analitik Amerikanın “Business Insider” xəbər saytına bildirib: “Türkiyənin “Bayraktar” PUA-ları heyrətamiz silahlar kimi təqdim edilirdi və Kiyev rəsmiləri onların Rusiyaya qarşı Ukraynaya üstünlük verə biləcəyini iddia edirdilər. Ancaq bir il sonra qalan bir neçə PUA döyüş meydanından çox uzaqdadır və yalnız kəşfiyyat üçün istifadə olunur.”
“Rasha Today”-in məlumatına görə, Ukrayna onlarla “Bayraktar TB2” PUA-sı almışdı və onlardan ən azı bir dəfə 2022-ci ilin fevralında Rusiya ilə münaqişə başlamazdan əvvəl atəşkəs razılaşmasını pozaraq Donbas bölgəsinə hücum etmək üçün istifadə edib.
Ukraynadakı müharibənin ilk aylarında Kiyev müntəzəm olaraq bu tip pilotsuz təyyarələrdən istifadə edərək uğurlu hücumlar həyata keçirdiyini iddia etsə də, ukraynalı pilotlar "Foreign Policy"yə bildiriblər ki, iyul ayına qədər Bayraktar PUA-ları yararsız hala düşüb və Kiyev onları "nadir xüsusi əməliyyatlar" üçün saxlayıb.
Ondan əvvəl də Ukraynanın bir sıra rəsmiləri Bayraktarın işə yaramadığını elan etmişdilər.
Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanının müavini Andrey Demin aprel ayında Rusiya qüvvələrinin Ukraynada 100-dən çox Bayraktar PUA-sını məhv etdiyini bildirib.
“Business Insider” pilotsuz və robot sistemləri üzrə ekspert Samuel Bendtə istinadla yazıb: “Ukraynanın pilotsuz təyyarələr donanması demək olar ki, tamamilə məhv edilib.”
Ekspert Bayraktarı aşağı hündürlükdə uçan sürətsiz PUA adlandıraraq qeyd edib ki, bu PUA hava hücumundan müdafiə sistemlərinin hədəfinə çevrilə bilər və rus ordusu əməliyyata başlayan kimi onların çoxunu məhv etdi.
Ukrayna Müdafiə Şirkətləri Assosiasiyasının rəhbəri də ötən il Bayraktarın döyüş qabiliyyətinin olmadığını etiraf etdi.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Filipson bildirib ki, Türkiyənin Ukrayna silahlı qüvvələrinə silah və texnika ötürməsi atəşkəsin təşviqi məqsədlərinə və vasitəçi roluna ziddir.
1432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP