Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2023

Suriyanın gücləndiyini görən Türkiyə münasibətləri normallaşdırmağa çalışır

Suriyanın hərbi və siyasi baxımdan gücləndiyini faktiki şəkildə hiss edən Ankara rejimi Dəməşq hökuməti ilə münasibətləri normallaşdırmaq üçün əl-ayağa düşüb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün (24 may, çərşənbə) bəyan edib ki, Ankara Suriya ilə münasibətlərin normallaşması məqsədilə yol xəritəsi hazırlamaq üçün komitə yaratmaq qərarına gəlib.
Türkiyənin xarici işlər naziri “Hurriyyət” qəzetinə müsahibəsində deyib: “Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində yol xəritəsi və fəaliyyət planı hazırlamaq üçün komitənin yaradılması qərara alınıb. Bu komitə yaxın günlərdə fəaliyyətə başlayacaq.”

Suriya xarici işlər naziri Feysəl Miqdad da Ankara rejimi ilə münasibətlərin normallaşmasını müsbət qarşıladıqlarını bildirərək deyib: “Təbii ki, müzakirələrə başlamaq üçün hər iki tərəfin suverenlik, müstəqillik, ərazi bütövlüyü və bir-birinin işinə qarışmamaq hüququna hörmət edilməsi vacibdir.”
F. Miqdad əlavə edib: “Suriya və Türkiyənin uzun sərhədləri, ortaq məqsəd və maraqları var. Bizim fikrimizcə, indi Türkiyə və Suriya xalqlarının gözlənilən vizyonunu təmin edən bu ümumi məqsəd və maraqları ötən illərdə baş verən mənfi hadisələrə baxmayaraq, iranlı və rus və dostlarımızın dəstəyi ilə reallaşdırmaq üçün yaxşı fürsətdir.”

Suriyanın baş diplomatı iki gün əvvəl “Russia Today” telekanalına müsahibəsində Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması barədə bildirib ki, Dəməşq Suriya torpaqlarını işğal etmiş Türkiyə ilə münasibətlərini heç vaxt normallaşdırmayacaq.”

F. Miqdad əlavə edib ki, Suriya prezidenti Bəşər Əsədin türkiyəli həmkarı Ərdoğanla görüşü də bu ölkənin qüvvələrinin Suriyadan çıxarılmasından asılıdır.

Qeyd edək ki, Ankara rejimi 2011-ci ildən Suriyada bir sıra terror qruplarının yaranmasına dəstək verib və həmin terrorçu birləşmələr vasitəsilə, habelə birbaşa ordu yeritməklə Suriyanın bəzi bölgələrini iğal altında saxlayır.
2363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP