Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2023

İslami Cihad: Fələstin müqaviməti işğalçı rejimlə böyük döyüşün astanasındadır

Fələstin İslami Cihad Hərəkatının siyasi ofisinin üzvü Əhməd əl-Mudləl deyib: “Fələstin torpağında şəhidlərin pak qanının axıdılması sionist rejimə qarşı müqavimət atəşini alovlandırır.”
Əl-Mudləl Tulkərəmdəki Nur Şəms düşərgəsində iki fələstinli gəncin şəhid olmasına toxunaraq deyib: “Nə qədər ki, işğalçılar bizim torpağımızdadır və Fələstin xalqını vəhşicəsinə qətlə yetirməyə davam edirsə, şəhidlər karvanı da davam edəcək.”
“Fələstin əl-Yəvm” telekanalının bildirdiyinə görə, İslami Cihadın siyasi ofisinin üzvü Fələstin xalqı və müqavimətinin işğalçılara qarşı böyük və həlledici bir döyüş astanasında olduğuna işarə edərək deyib: “İşğalçı rejim hələ də illüziyada yaşamağa davam edir və Fələstin millətinə qarşı cinayət törətməklə bu xalqı və onun müqavimətini susduracağını düşünür. Lakin bu rejimin cinayətləri Fələstin xalqının bu rejimə qarşı müqavimət göstərmək əzmini artırır.”
O, işğalçı rejimin ən ağır böhranla üzləşdiyini və Fələstin xalqının mütərəqqi müqaviməti davam etdirməkdən başqa çarəsinin olmadığını vurğulayıb.
Fələstin mediası bu gün səhər (6 may şənbə) sionist rejimin xüsusi təyinatlı qüvvələrinin Tulkərmdəki Nur Şəms düşərgəsinə hücumu və iki Fələstin müqavimət qüvvələrinin şəhid olması barədə məlumat yayıb.
2621 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP