Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2023

Sionist rejim rüsvay oldu - Quşlara raket...

Sionist mənbələrin bu rejim ordusunun düşmən obyekti atəşə tutması ilə bağlı xəbərindən sonra rejim telekanallarından biri bildirib ki, dəmir qübbə sistemi bir qrup ev quşuna qarşı işə düşüb.
Sionist mənbələr şənbə günü axşam Qəzzə zolağının yaxınlığında iki böyük partlayış səsinin eşidildiyini bildiriblər. Bir neçə dəqiqə sonra bu media xəbər verib ki, qəmir qübbə sistemi uçan obyektə iki raket atıb.
Məlumatlara görə, bu partlayışların səsi o qədər güclü olub ki, Sderot və Netivot qəsəbələrində də eşidilib.
“Fələstin əlan” xəbər agentliyinin sionist rejim televiziyasının 14-cü kanalına istinadla verdiyi xəbərə görə, bu rejim ordusu dünən gecə Qəzzə zolağının sərhəddində səhvən bir quş sürüsünə atəş açıb.
Sionist “Jerusalem Post” qəzeti daha əvvəl bildirmişdi ki, dəmir qübbə sistemindən hər raketin atılması Təl-Əvivə 50-100 min dollara başa gəlir.
Sionist ordusu bu ilin dekabrında da bir neçə quşun uçuşuna görə qırıcılarını qaldırmışdı.
Bu barədə “Wala” saytının hərbi müxbiri Amir Boxbut öz Tvitter hesabında yazmışdı: “Şimal sərhədlərində şübhəli hərəkətlərin qarşısını almaq üçün bir qırıcılar çağırıldı. Amma sonda məlum oldu ki, bu çağırışlar quş sürüsünə görə olub!”
2724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 13:41
28.03.24, 09:28
Putin: Əgər F-16...
20.03.24, 09:23
Bayramınız mübarək
Go to TOP