Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2022

TALE BAĞIRZADƏ ACLIQ AKSİYASINA BAŞLADI

İlahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı ilahiyyatçı özü bildirib. İyunun 3-də, cümə günü cəza çəkdiyi Qobustan həbsxanasının rəhbərliyinə aksiya ilə bağlı yazılı bildiriş edərək, o, aclıq etməsinə səbəb kimi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr fonunda Allahın söyülməsi, təhqirinin dayandığını bildirib. Bütün bunların bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbul edilməz addım olduğunu bildirən T. Bağırzadə işgəncə edilərkən Allahın təhqir olunması faktında adı çəkilən Dövlət Təhlükəsizlik Xidməti adından edilən cinayətin hər bir iştirakçısının cəzalanmayacağı təqdirdə sonu şəhadət olan bu addımında israrlı olacağını bəyan edir. O, eyni halda bu işin dini düşüncəsindən asılı olmayaraq hər bir vicdanlı şəxsin narahatlıq amili olacağını söyləyib.
2141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
Go to TOP