Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2022

Ənsarullah lideri: Ərəbistan fürsəti əldən verməsin

Ənsarüllah Hərəkatının lideri Yəmənə qarşı hərbi təcavüzkar koalisiyaya xəbərdarlıq edib ki, əgər Ərəbistan Səna hökumətinin birtərəfli və müvəqqəti olaraq elan etdiyi atəşkəs fürsətini əldən versə, peşman olacaq.
Dünən Yəmən Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşət Yəmən Silahlı Qüvvələri tərəfindən bütün daxili və xarici cəbhələrdə üç günlük birtərəfli atəşkəs elan edərək bildirdi ki, Ərəbistan koalisiyası Yəmənə qarşı bütün hücumları və təcavüzü dayandırarsa, bu atəşkəs qəti olacaq. Bu üç günlük atəşkəs dünən axşamdan icra mərhələsinə daxil olub.

Bununla əlaqədar olaraq, Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi bu gün (bazar ertəsi) Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi təcavüzkar koalisiyaya bu fürsəti əldən vermələri ilə bağlı xəbərdarlıq edərək vurğulayıb ki, təcavüzkarlar hərbi əməliyyatları dayandırmaq fürsətini əldən versələr, peşman olacaqlar.

“Əl-Məsirə” televiziya kanalının məlumatına görə, Əbdülməlik mübarək Ramazan ayının yaxınlaşması münasibətilə etdiyi video-çıxışında deyib: “Biz təcavüz və mühasirə ilə mübarizədə heç bir səydən əl çəkməyəcəyik və mühasirənin davam etməsini qətiyyən qəbul etmirik.”

Hərəkat rəhbəri Yəmənə qarşı təcavüzün səkkizinci ilinin “Üçüncü mühasirəni yarmaq” əməliyyatı ilə başladığını elan edərək qeyd edib ki, təcavüzkarların zərbələrdən xilas olmaq üçün hücumları dayandırmaq və mühasirəni qaldırmaqdan başqa heç bir yolu yoxdur
2585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP