Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2022

Onlarla zabit Ərəbistan koalisiyasından ayrılaraq Yəmən ordusuna qoşulub

“Vəkalətus-səhafətul-Yəməniyyə” xəbər agentliyinin bildirdiyinə görə, onlarla zabit Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın sıralarından çıxaraq Yəmən ordusu və xalq komitələrinə qoşulublar.

Xəbərdə qeyd olunur ki, Ərəbistan koalisiyasının 310 və 114-cü briqadasının 40 zabit və əsgəri bu koalisiyadan ayrılıb və onlara qarşı döyüşmək üçün Yəmən Milli Qurtuluş Hökumətinin (Səna) ordusuna qatılıb.

Ərəbistan koalisiyasının Yəmən xalqına qarşı etdiyi vəhşiliklərə dözməyən zabit və əsgərlər Vadi-Ubeydə düşərgəsinə gəlmiş və oradan Yəmən ordusunun Əl-Cubə şəhərindəki qüvvələrinə qoşulublar.
Son iki ildə aralarında yüksək rütbəli generallar da olan yüzlərlə hərbçi Yəmən xalqına qarşı təcavüzkar koalisiyadan ayrılaraq Yəmən ordusu və xalq komitələrinə qoşulublar. Belə ki, Əbdiyyə düşərgəsində bir dəfəyə 300 hərbçi koalisiyadan ayrılaraq Sənaya üz tutmuşdular.

Yəmən beşinci hərbi bölgəsinin rəhbərlərindən olan Riyad Səlah Bəlzi bu məsələ ilə bağlı bildirib ki, Səna ümumi əfv elan etdiyi zamandan bəri 16 min hərbçi təcavüzkar koalisiyadan ayrılaraq və minlərlə hərbçi də ayrılaraq Sənaya gəlmək niyyətindədir.
2283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP