Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2022

Ərəbistandan növbəti vəhşilik - Yəmənli qadın və uşaqlar şəhid oldu

Ərəbistanın başçılıq etdiyi vəhşi koalisiya 24 saatdan az bir vaxtda Yəmənin yaşayış bölgələrini ikinci dəfə bombalayıb.
“Əl-Məsirə”-nin verdiyi xəbərə görə, təcavüzkar düşmən qırıcılarının axşam saatlarında Əhməd Təmiri yaşayış binasına etdiyi hücum nəticəsində Abəs şəhərinin sakini həlak olub.
Telekanal bu hücumda ən azından bir qadının şəhid olduğunu, qadın və uşaqlardan ibarət olan digər 8 nəfərin də yaralandığını bildirib.
Yəmən xalqı əleyhinə hərbi koalisiyaya aid qırıcılar dünən Yəmənin Həccə əyalətinin Hərəd şəhərini 26 dəfə və Məarib əyalətinin Əl-Cuba şəhərini iki dəfə bombalayıb.
Habelə dünən axşam Ərəbistanın artilleriya qüvvələri Yəmənin Sədə əyalətinin Qəhr bölgəsini atəşə tutub. Bu təcavüz nəticəsində ən azı 9 yəmənli qadın yaralanıb.
2821 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP