Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2022

Ərəb koalisiyasına şok: Daha 4 yüksək rütbəli hərbçisi Yəmən milli hökumətinə qoşuldu

Səudiyyə Ərəbistanın başçılıq etdiyi Yəmən xalqı əleyhinə hərbi koalisiyanın daha 4 yüksək rütbəli komandiri Yəmən milli hökumətinin sıralarına qatılıb.

Bu dörd nəfər Əl-Yətmə cəbhəsində sərhəd qvardiyasının 3-cü taborunun komandiri general Tahiş əl-Sənə, Əl-Kəsarə Cəbhəsindəki 55-ci briqada batalyonunun komandiri general Camal Naci Əlhan, Əl-Yətmə cəbhəsində 155-ci briqadanın komandiri kapitan Abdullah Əhməd Əl-Hatbani, Əl-Yətmə cəbhəsində sərhəd mühafizəsinin ikinci briqada qərargahının zabiti kapitan Abdul Həkim Naci Eizehdir.

Hərbçilər Yəmən Mlli Qurtuluş Hökumətinə onları qəbul etdikləri üçün təşəkkür ediblər. Onlar ərəb koalisiyasında Yəmən xalqına qarşı döyüşən özləri kimi hərbçiləri yaranmış fürsətdən istifadə edərək milli sıralara qayıtmağa və vətəni cüzi qiymətə satan muzdlulardan uzaqlaşmağa çağırıblar.

Bundan əvvəl Yəmən Milli Qurtuluş Hökumətinin rəsmisi Riyad Saleh bildirmişdi ki, milli hökumət ümumi əfv fərmanı imzaladıqdan bəri 16 min hərbçi təcavüzkar koalisiyadan ayrılmışdır və minlərlə hərbçi də Sənaya qayıtmaq istəyir.
2904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP