Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2022

Yəmən ordusu təcavüzkar ərəb koalisiyasını şimal bölgələrindən çıxartdı

Yəmən torpaqlarını işğal etmiş təcavüzkar ərəb koalisiyası bu ölkənin şimalından əli ayağından uzun geri çəkilməyə məcbur olub.

İstefa verərək Ərəbistana qaçmış sabiq diktatora sadiq qüvvələrin sözçüsü Raşid Məbxut Mərufun bildirib ki, koalisiya qüvvələri Həccə əyalətinin Hərəz şəhərindən geri çəkiliblər.
Raşid bu məğlubiyyəti beynəlxalq təzyiqlərlə əlaqələndirib.
Halbuki, xəbər mənbələrinin bildirdiyinə görə təcavüzkar Ərəbistan-BƏƏ koalisiyası Hərəzdə çoxlu təlafata məruz qaldıqları üçün geri çəkilməyə məcbur olub.

Yəməndən çatan son xəbərlərə əsasən, Səna qüvvələri ötən saatlarda yaxşı uğurlar əldə ediblər və şimal bölgələrdə 2018-ci ildən bəri düşmən koalisiyasının işğalı altında olan əraziləri işğaldan azad ediblər.
Hərəz şəhəri Yəməni Səudiyyə Ərəbistanı ilə birləşdirən keçidə sahib olduğundan həyati rol oynayır.
2921 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP