Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2022

Yəmən: BƏƏ Yəməndən çıxmasa, ağır zərbələr görəcək

Yəmən Milli Qurtuluş Hökuməti baş nazirinin müavini Həmid Əbdülqadir xəbərdarlıq edib ki, Birləşmiş Ərəb Əmirlikləri Yəmən əleyhinə təcavüzkar koalisiyadan çıxmasa, yəmənlilər tərəfindən daha şiddətli cavab alacaq.
Əbdülqadir deyib: “Yəmən hər hansı təcavüzə cavab verməyə haqlıdır və bu cavablar strateji dayandırma sisteminin bir hissəsidir.”
Baş nazirin müavini qeyd edib ki, BƏƏ və Səudiyyə Ərəbistanı bölgədə Amerikanın planlarını icra edirlər. Əgər Yəmən əleyhinə hücum dayandırılsa və təcavüzkar qüvvələr Yəmən torpağından tam geri çəkilsə, onda tərəflər arasında hərtərəfli siyasi çıxış yolu haqda razılığa gəlmək olar.
Əbdülqadiri bir daha vurğulayıb: “BƏƏ Yəməndən geri çəkilməsə yəmənlilərin ağır zərbələrinə məruz qalacaq. Göz qarşısında göz, diş qarşısında diş. Yəmənlilərin qanı ərəbistanlıların və BƏƏ-lilərin qanından ucuz deyil.”
2938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP