Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2022

İranlı tələbələr Yəmən xalqı üçün ayağa qalxdı - Foto

BMT-nin ofisi qarşısında etiraz aksiyası

Tehran universitetlərinin tələbələri bu gün (27 yanvar) beynəlxalq təşkilatların Yəmən xalqına qarşı hərbi cinayətlər qarşısında sükutuna etiraz etmək üçün BMT-nin Tehrandakı ofisi qarşısına toplaşıblar.
Tələbələr “Amerikaya ölüm”, “Ali-Səuda ölüm”, “İsrailə ölüm” kimi şüarlar səsləndirərək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən xalqına qarşı cinayətlərini pisləyiblər.

Əllərində bombalanmış yaşayış binaları və məktəblərin dağıntıları altında qalmış yəmənli uşaqların və dinc insanların plakatlarını götürmüş tələbələr beynəlxalq ictimaiyyəti və təşkilatları Ərəbistan-BƏƏ koalisiyasının bu vəhşilikləri qarşısında susmamağa çağırıblar.

Ərəbistan və BƏƏ Yəməndə xalq inqilabından sonra ölkədən qaçmış diktator Mənsur Hadini hökumətə qaytarmaq bəhanəsilə 7 ildir ki, bu ölkəyə təcavüzlərini davam etdirir, Yəmənin bir çox ərazilərini işğal edib, xalqın müqavimətini qırmaq üçün ictimai məkanları, infrastrukturları, bazarları, məktəbləri, yaşayış binalarını, qaçqın düşərgələrini, toy və yas mərasimlərini, sərnişin avtobuslarını bombalayır.

Təcavüzkar koalisiyanın təkcə son bir həftədə vəhşi hücumu nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb.



3250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP