Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2022

Yəmən BƏƏ-nin təcavüzünə raket və dronla cavab verdi

Birləşmiş Ərəb Əmirliklərinin Yəmən xalqına qarşı son təcavüzkarlığına Sənanın cavabı gecikməyib, raket və dronlar vasitəsilə qisasını alıb.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Səri bu gün Əbu-Dabi əleyhinə əməliyyatın detallarını açıqlayıb.
Y. Səri Tvitter səhifəsində yazıb: “Yəmən Tufanı əməliyyatında istifadə edilən raketlər Qüds 2 qanadlı raketləridir. Musaffah bölgəsindəki neft emalı zavodu və Əbu-Dabi hava limanı dörd belə raketlə vurulub.
Bir ədəd Zülfiqar balistik raketi ilə də Dubay hava limanını hədəfə alınıb.
Samad 3 pilotsuz təyyarələri də bir sıra mühüm və həssas mərkəzləri hədəfə alıb.”
Mətbuat katibi vurğulayıb ki, Dubay və Əbu-Dabi aeroportları 5 balistik və qanadlı raket və bir neçə dronla vurulub.
Yəmən Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhdi Əl-Məşat Yəmən qüvvələrinin BƏƏ-nin dərinliklərində apardığı əməliyyatları təbrik edərək deyib: “BƏƏ-nin bu təcavüz və silsilə cinayətləri və Yəməni işğal etmək cəhdləri davam edərsə, bu məsələ gələcəkdə BƏƏ-nin iqtisadiyyatı və investisiyaları üçün real risklər yaradacaq.”
Ənsarullah Hərəkatının rəhbərlərindən olan Məhəmməd Nasir Buxeyti də “Sputnik”-ə verdiyi açıqlamada sözügedən məsələyə münasibət bildirərək deyib: “BƏƏ-nin Yəmən əleyhinə təcavüzü davam edərsə, Yəmən qüvvələri bu ölkənin əsas obyektləri, o cümlədən neft obyektlərini və hava limanlarını hədəf alacaq.”
1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP