Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2021

Qonaq gələn şəxsi bıçaqlayıb öldürdülər

Sabirabaddan Ağsuya gələn qonaq qətlə yetirilib.

Hadisə Ağsunun Padarqışlaq kəndində qeydə alınıb. Belə ki, Sabirabad rayonunun Balvar kənd sakini 29 yaşlı Məmmədkərim Kərim oğlu Dərgahlı Padarqışlaq kəndinə qonaq gəlib. Bu zaman qonaqla qohumlar arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə zəminində Sabirabad sakini Dərgahlı Məmmədkərim bir neçə bıçaq xəsarəti alıb. Ətrafdakıların köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Dərgahlı Məmmədkərim xəstəxanada dünyasını dəyişib.
1379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP