Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2021

Yəmənli qüvvələr Safer neft yataqlarını işğaldan azad etməyə hazırlaşır

Yəmən ordusu və xalq komitələri bu gün (bazar ertəsi) Məarib şəhərinin cənubunda işğalçı Ərəbistan koalisiyası qüvvələri ilə döyüşləri davam etdirərək Safer neft yatağlarına yaxınlaşıblar.
KİV-lərin verdiyi xəbərə görə, döyüşlər əsasən, Lacme, Vadi Ubeyd bölgələrində gedib və Yəmən ordusu Vadi Ubeyddə daha çox irəliləyiblər.
Məaribin şərqində də şiddətli döyüşlər davam edib və mənbələrin bildirdiyinə görə, bu bölgə şərq hissədə işğalçıların son qalası sayılır.
Yəmənli qüvvələr Səbəteyn bölgəsinə də girə biliblər. Bu bölgə Safer neft yataqlarını Hiclətul-Humra səhrasından ayırır.
Habelə Yəmən ordusu və xalq komitələri Məaribin cənubunda yerləşən Cudeydə bölgəsində də nəzarəti ələ keçiriblər. Kəft yüksəkliklərini fəth etdikdən sonra işğaldan azad edilmiş Cudeydə bölgəsi də Safer neft yataqlarına yaxındır.
Cüdeydənin işğaldan azad edilməsi ilə Məarib üç tərəfdən tam mühasirəyə alınıb.
Müqavimət qüvvələri Cəvbə nahiyəsində nəzarəti ələ keçirdikdən sonra Ərəbistan koalisiyası və istefa verərək ölkədən qaçmış keçmiş prezident Hadiyə sadiq qüvvələrin yüzlərlə döyüşçüsü özünü təslim etmişdir.
3359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP