Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2021

Ənsarullah qüvvələri Məaribdə daha 2 bölgəni işğaldan azad etdi

KİV-lərin bu gün (çərşənbə) verdiyi xəbərə əsasən, Yəmən ordusu və Ənsarullaha bağlı xalq komitələri Məarib şəhərinin cənubunda daha iki bölgəni Ərəbistan koalisiyasının işğalından azad edib.
“Əl-Məyadin” telekanalı Səna qüvvələrinin düşmən işğalından azad etdiyi bölgələrin Şeqa Mey və Ərəq Mey olduğunu bildirib.
“Əl-Cədid Press” xəbər agentliyi hərbi mənbəyə istinadən bu xəbəri təsdiqləyərək qeyd edib ki, Zəhrandan Məarib şəhəri yaxınlığındakı Əl-Bəlq dağlıq ərazilərinə ezam edilmiş Ərəbistanın dəstək qüvvələri də ağır məğlubiyyətlə üzləşib. Hərbi mənbə Yasir əl-Məbərinin komandan olduğu 102-ci briqadanın elə ilk döyüşdə məğlub olduğunu deyib.
Bir neçə gün öncə Ərəbistan və BƏƏ-yə aid təcavüzkar qüvvələr Məarib və Hüdeydədə onlarla mövqelərindən geri çəkilib, Yəmən ordusu və Ənsarullah Hərəkatı həmin yerlərdə öz qüvvələrini yerləşdirib.
2543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP