Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2021

Ərəbistan hərbçilərini Yəməndən çıxarır

“Sputnik” Ərəbistanın öz hərbçilərinin Yəmənin cənubundan geri çəkdiyini xəbər verib.

Xəbər Agentliyi bildirib ki, Ərəbistan hərbi qüvvələri bu gün (çərşənbə axşamı) Yəmənin cənubunda yerləşən Ədən şəhərini tərk edib, hərbçiləri və hərbi avadanlıqları daşımaq üçün bir təyyarə bu şəhərin hava limanına enib.

Yerli mənbələrin bildirdiyinə görə, Ədənni Əş-Şəəb bölgəsində yerləşən Ərəbistan-BƏƏ təcavüzkar koalisiya qüvvələri zirehli avtomobilləri və hərbi təzhizatları Əz-Zeyt limanında “Ciddə Vadisi” gəmisinə yükləyərək bölgədən çıxıblar.

Yəməndən gələn digər xəbərə əsasən, Yəmən ordusu və Ənsarullah Hərəkatına aid xalq komitələri Məarib vilayətinin ətrafındakı bütün bölgələri işğaldan təmizləyib və artıq Məaribin bəzi məntəqələrinə daxil olub. Məaribdə yerləşən qəbilə başçıları şəhəri döyüşsüz təslim etmək üçün Ənsarullah nümayəndələri ilə danışıqlar aparırlar. İki gün bundan öncə də Ərəbistan koalisiyası tərkibində döyüşən 1500 nəfərdən ibarət briqada özünü Ənsarullah qüvvələrinə təslim etmişdi.

Qeyd edək ki, Ənsarullah qüvvələrinin irəliləməsini görən Ərəbistan koalisiyası Məaribi tərk edib.
2544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP