Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2021

Türkiyəli ekspert: “Tarixi sərhədlərə qayıdaq” deyəndə iranlıları sevindirirsən - VİDEO

Türkiyəli siyasi ekspert Ankara başçılarının “tarixi sərhədlərə qayıdaq” kimi açıqlamasını gülünc adlandırıb və bu sözlərin iranlıları çox sevindirdiyini bildirib.

Mediaya müsahibə verən ekspert deyib: “Deyirlər ki, öz tarixi sərhədlərimizə qayıdaq və sair... Əgər bunu qarşı tərəf (İranın) eşitsə, deyəcək: çox yaxşı, haqq səninlədir! Gəl sən də, mən də keçmiş sərhədlərimizə dönək.”

O daha sonra Türkiyənin tarixi sərhədlərinə toxunaraq deyib: “Bizim tarixi sərhədlərimiz haradır? Orta Asiya! Onda biz Orta Asiyaya qayıtmalıyıq? Bu nə gülünc sözdür, danışırıq?!”

Ekspert tarixi sənədlərə görə, hazırkı bir sıra ölkə və bölgələrin İrana aid olmasına da vurğulayaraq deyib: “Onda deyəcəklər ki, tarixi sənədlərə əsasən, Qarabağ, Bakı, Türkmənistan, Qazaxıstan, habelə şahın satmış olduğu filan torpaqlar da bizimdir və dönək keçmiş sərhədlərimizə. Əgər belə desə, onda sənin hansı cavabın vardır? Onlar deyəcək ki, siz Anadoluda yox idiniz, haradan gəlmisiniz? Qayıdın Orta Asiyaya.”


1692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
Go to TOP