Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2021

Yəmən ordusu Beydada ərəb koalisiyasının son qalasını fəth etdi

Yəmən ordusu Beydada ərəb koalisiyasının son qalasını fəth etdi
Yəmən mənbəsinin bildirdiyinə görə, Yəmən ordusu və xalq komitələri yeni əraziləri işğaldan azad edib.
“Əl-Məyadin” həmin mənbəyə istinadla yazıb: “Yəmən ordusu və xalq komitələri Somiənin mərkəzini: istefa verərək ölkədən qaçmış Mənsur Hadiyə sadiq qüvvələrin və Əl-Qaidə terrorçularının Beyda əyalətindəki son qalasını fəth ediblər.”
Bu xəbərin yayılmasından sonra “Əl-Cəzirə”-yə açıqlama verən bir sıra digər mənbələr də məlumatı təsdiq ediblər, Yəmən ordusu və xalq komitələrinin Beyda əyalətində geniş ərazilərə nəzarət etdiyini bildiriblər.
Bir neçə gün bundan əvvəl də Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii Beyda əyalətində Nöman və Natii bölgələrinin ərəb koalisiyasının işğalından azad edildiyini xəbər vermişdi.
Ən-Nəsrul-mubin parolu ilə həyata keçən bu əməliyyatın birinci mərhələsində Ərəbistan koalisiyasına aid qüvvələrdən 350 nəfəri ölüb və 560 nəfəri yaralanıb.
Yəmən ordusu və xalq komitələri Məarib cəbhəsində də irəliləyib. Belə ki, M. Hadiyə aid mənbələrin bildirdiyinə görə, Milli Qurtuluş Hökuməti (Səna) Şəbva əyalətinin Beycan şəhərinin mərkəzinə yaxınlaşır.
“Əl-Əbvabətul-əxbariyyətul-Yəməniyyə” xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və Ənsarullah qüvvələri bir əməliyyatla Məarib əyalətinin sərhədlərindən keçərək Şəbva əyalətinə daxil olublar və 4 strateji məntəqəni ələ keçirərək neft bölglərinə yaxınlaşıblar.
Yəmən ordusu və Ənsarullah qüvvələri ötən həftələrdə Vəsil, Bədii, Rəkb və Vadin-nəhr bölgələrində nəzarəti ələ keçirərək Beycanda yerləşən neft quyularının bir neçə kilometrliyinə çatıblar.
3738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP