Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2021

Yəmən ordusu Məraibdə iki şəhərin azad olunması münasibətilə bəyanat yayıb

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general Yəhya Sərii bu gün (şənbə) Məarib əyalətində Rəhəbə və Mahliyə şəhərlərinin təcavüzkar ərəb koalisiyasının işğalından azad edilməsinin təfərrüatlarını açıqlayıb.
“Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, Y. Sərii deyib: “Hərbi qüvvələrimiz Rəhəbə və Mahliyə bölgələrini işğaldan azad etmək məqsədilə bir neçə yerdən əməliyyata başladı. Yerli əhalinin də əməkdaşlıq etdiyi bu əməliyyatda hərbçilərimiz bir neçə saat ərzində Rəhəbənin mərkəzinə tərəf sürətlə irəlilədi.”
Y. Səri əlavə edib: “Təcavüzkar koalisiyanın qırıcıları bu əməliyyatda bizə qarşı 37 hava hücumu həyata keçirdilər və irəliləyişimizin qarşısını almağa çalışdılar. Lakin Allahın lütfü ilə qüvvələrimiz qısa zamanda Rəhəbəni azad etdi.”

Mətbuat katibi bildirib ki, bu əməliyyatda muzdur əsirlər və cəsədlərlə əxlaq və İslam prinsipləri əsasında davranılıb. Ən-Nəsrul-mubin əməliyyatının üçüncü mərhələsi sayılan bu hücumda Ərəbistan koalisiyasının 151 muzduru ölüb, yaralanı və əsir düşüb.

Y. Sərii yəmənli qüvvələrin yerli səlahiyyətlilərlə əməkdaşlığı nəticəsində Rəhəbədə yaşayışın adi vəziyyətə qayıtdığını vurğulayıb.
3461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP