Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2021

İran xarici işlər naziri: Bölgə ölkələri ilə danışıqları prinsip hesab edirik

Bu gün (bazar ertəsi) İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan xarici ölkələrin Tehranda səfirləri, nümayəndəliklərinin başçıları, habelə beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə ilk iclasını keçirib.
Xarici işlər naziri bu görüşdə İran İslam Respublikasının yeni hökumətinin xarici siyasətini və əsas prioritetlərini açıqlayıb.

O, yeni hökumətin balanslaşdırılmış, fəal, dinamik və müdrik xarici siyasət yürüdəcəyinə təkid edərək deyib: “Biz bu ismarışı bütün dünyaya çatdırmaq istəyirik ki, xarici siyasətimiz tarazlıq prinsipi üzərində olacaq. Bu əsasla, bizim prioritetlərimizdən biri də qonşularımızdır. Biz bu qonşuluq prioritetimizdə heç bir istisnaya yol verməyəcəyik.”

H. Ə. Abdullahiyan açıqlamasının davamında Asiya qitəsinə baxışı da digər prioritetlərdən sayaraq deyib: “Asiya qitəsi 21-ci əsrdə unikal xüsusiyyətə sahibdir, yeni iqtisadi güclərin ortaya çıxması, Asiya və dünya üçün yeni imkanlar yaratmışdır.

Qonşularımız arasında və Asiya qitəsində bizim çoxlu dostlarımız və müttəfiqlərimiz vardır. Xarici siyasətimizdə bu iki əsas mövzuya xüsusi diqqət ayırırıq. Lakin bu, bizim dünyanın digər ölkələri ilə münasibətləri görməməyimiz mənasına deyildir. Ərəb və İslam ölkələrinə, Afrika ölkələrinə, Latın Amerikası ölkələrinə, Avropa və Qərbə diqqət fəal və dinamik xarici siyasətimizin bir hissəsini təşkil edir.”
Xarici işlər naziri daxili vaksin istehsalı ilə yanaşı xaricdən də vaksinlərin gətirilməsinə diqqət ayrıldığını vurğulayaraq deyib ki, Əfqanıstanın xüsusi və narahatedici vəziyyətinə diqqət etməklə, 4 milyondan çox əfqan mühacirindən də qafil deyilik, onlar bizim qonaqlarımızdır və onların da vaksinasiya olunmasını təmin etmək ardıncayıq.

İranın diplomatik aparatının rəhbəri Əfqanıstanda baş verən hadisələrə də toxunub və bu ölkədə bütün cinah və qövmlərin iştirakı ilə təşkil olunan hökumətin tərəfdarı olduğunu deyib.
Əfqanıstanda terrorizm və narkotik maddələr qaçaqmalçılığının artmasına işarə edən nazir bildirib ki, bu ölkəyə humanitar yardımlar göndərmək bizim prioritetlərimiz sırasındadır və vəziyyətin çətinliyinə baxmayaraq yardımların göndərilməsi və ticarət mübadiləsinin həyata keçməsi üçün sərhəd keçidləri yaratmağa səy etdik.

H. Ə. Abdullahiyan Avropa ölkələrinin təkcə Fransa, Almaniya və İngiltərədən ibarət olmadığını vurğulayıb və bu üç Avropa ölkəsini nüvə sazişi çərçivəsində öz öhdəliklərinə əməl etməyə çağırıb.
Fələstin mövzusuna toxunan xarici işlər naziri deyib: “Biz sionist rejimini tanımırıq, onu qanunsuz və bölgədə təhlükə amili bilirik. İran İslam Respublikası yəhudilər, xristinalar və müsəlmanlar da daxil olmaqla Fələstinin əsil sakinləri arasında ümumxalq referendum keçirilməsi, Fələstində bütün xalqın birbaşa səsverməsinə və rəyinə əsaslanaraq bir milli dövlətin qurulması layihəsini təqdim etmişdir.”
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
26.08.21, 09:23
Əsirlər karvanı Şamda
Go to TOP