Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2021

Yəmən ordusundan Ərəbistan təcavüzkarlarına öldürücü zərbə

Yəmən ordusu təcavüzkar Ərəbistan koalisiyanın Yəmənin mərkəzinə yaxın bölgələrdə hücumlara yenidən başlamasına şiddətli cavab verib.
Yəmənin hərbi mənbəsi bildirib: “Yəmən ordusu və xalq komitələri Beyda əyalətinin Zahir və Somiə cəbhə xəttində iki hərbi əməliyyat keçirib.
Bu əməliyyatda təcavüzkar Ərəbistan koalisiyasının 80 muzdlusu, o cümlədən Əl-Qaidə komandiri ölüb və yaralanıb.”
Hərbi mənbə vurğulayıb ki, bu iki əməliyyatda düşmənin Zahir və Somiədə işğal etdiyi ərazilər geri alınıb.
Yəmən Milli Qurtuluş Hökumətinin mətbuat katibi Zeyfullah Şami bildirmişdi ki, Beyda əyalətinin Zahir şəhərinə hücumların arxasında Amerika dayanır. O vurğulayıb: “Amerikanın Əl-Qaidə və İŞİD kimi terror qruplarından istifadə etməklə başladığı bu hücumlar Vaşinqtonun Yəməni təhdid etməsindən sonra başladı və bu təhdidləri cəbhədə göstərməyə səy edir.”
2594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP