Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2021

Hərəm müdafiəçisi, şəhid Hamid Cəvani

31-ci Aşura briqadasının topçu müşahidəçisi, şəhid hərəm müdafiəçisi Hamid Cəvani, İranın Şərqi Azərbaycan əyalətinin ən gənc hərəm müdafiəçilərindən biridir. O, 19 noyabr 1990-cı ildə anadan olub.
13 may 2015-ci il, Suriyanın Laziqiyyə məntəqəsində yaralandı və yarası ağır olduğu üçün, Suriya və Tehranda təqribən 42 gün komada qaldı. 24 iyun 2015-ci ildə Haqqın çağrışını qəbul edərək Kərbəla karvanına qoşuldu.

Mahmud Çəharbaği:
Təbrizdən Hamid Cəvani adlı bir silahdaşım var idi ki, İdlibdən Laziqiyyə tərəfə hücum edən terrorçuları top atəşinə tutmuşdu. Onların bir çoxunu elə top atəşilə məhv etdi.
Terrorçular bu topun onların hərəkətinə mane olduğunu gördükdə, gizlincə ağacların arası ilə gələrək, Malyotka raketilə hədəf aldılar. Raket topla Hamid Cəvaninin üzü arasında partladı. Onlar da bu hadisəni lentə alıb yayımladılar.

Hamid Cəvaninin yaralandığı bizə məruzə edildi. Özümüzü Laziqiyyə xəstəxanasına çatdırdıq. Gördük ki, iki əli bədənindən qopub, gözləri kor olub. Ancaq ürəyi döyünürdü. Onu Dəməşqə aparmaq istəyirdik. Dedilər; “olmaz. Əgər onu təyyarəyə qoysanız, ya tərpədilsə, həyatla vidalaşacaq. Bir neçə gün səbr etməlisiniz.” Bədəni şişmiş və çəkisi 3 qat artmışdı. Daha sağ qalmayacağı məlum idi.
Onu görmək üçün ailəsi Laziqiyyəyə gəldi. Bir müddət sonra, azca yaxşılaşan kimi Dəməşqə, oradan Tehrana gətirildi. Amma, bir müddət sonra şəhid oldu və Təbrizin “Gülzar şühəda”sında dəfn edildi.
Çox yaxşı və şücaətli cavan idi. Həm də subay idi. Əvvəlki əməliyyatlarda da birgə döyüşmüşdük. Getmək istədikdə soruşdum: “Hara gedirsən?” dedi: “Evlənmək istəyirəm.” Ona bir dəst kostyum aldım və dedim: “Bu da məndən sənə toy hədiyyəsi.”

Özü mənə dedi ki; Təbrizdə elçi gediblər, qızın ailəsi deyib ki, şərtimiz budur ki, daha cəbhəyə getməyəsən. O da demişdi ki, onda bir dəfə də gedib qayıdacam. Bir dəfə d gəldi, mənə bunu danışdı və daha qayıtmadı. Allah ruhunu şad etsin.
Hacı Qasim Süleymani onu Suriyadakı qüvvələr içində “çoxşaxəli” adlandırmışdı. Bu şəhid top və artilleriya sahəsində olan məharətilə, İŞİD qüvvələrinə sarsıdıcı zərbələr vurmuş və onların ürəyində vahimə yaratmışdı.

Atası Hacı Cəfər Cəvani onun haqqında Defapress-ə bunları dedi: “Hamid dini və mənəvi fəzada böyüdü. 5 yaşından məsciddə qənd paylayaraq xidmət edirdi. Uşaqlıqdan pəhləvanlıq və fədakarlıq xüsusiyyəti vardı. Məktəbdə də çox gözəl dərs oxuyurdu və məsciddə də məşğələ keçirdi.

Burada general da olsan, sınmalısan!
Hamid Cəvaninin atası, onun İmam Hüseyn (ə) məclislərinə həvəsindən danışdı: Hamid Aşura günü ehsan qazanları və qablarını yumağı öz öhdəsinə götürdü. Başqaları ona dedilər: “Ağa Hamid, sən zabitsən. Yaxşı olar ki, bu işləri başqalarına tapşırasan.” Cavabında dedi: “Bura elə bir yerdir ki, əgər general da olsan, ucalmaq üçün sınmalısan!”

Suriyaya getmək üçün sevincindən dərisinə sığmırdı
Övladının Suriyaya getməsi üçün sevindiyini atası belə xatırladı: 2014-cü ilin payızında Hamid sevincək evə gəldi. Xüsusi zövqlə dedi: “Yaxşı bir xəbərim var.” Hamımız diqqətlə ona qulaq asdıq. Dedi: “Yadınızdadır ki, deyirdim; kaş 1400 il bundan qabaq dünyaya gələydim və Həzrət İmam Hüseynlə (ə) birgə döyüşüb onun ailəsini qoruyaydım? İndi bu fürsət yarandı ki, Suriyaya gedib İmam Hüseynin (ə) bacısını qoruyacam.”

Şəhid olacağını bilirdi
Atası əlavə etdi: Kəbin mərasimi üçün martın 21-i təyin olunsa da, Hamid mənə dedi: “Ata, hazırda mənim evlilik şəraitim yoxdur. Mən bu qız və ailəsində bir eyib görmürəm, nə eyib varsa, məndədir. Mən istəmirəm ki, kiminsə adı şəxsiyyət vəsiqəmdə qeyd olunsun, sonra onlar qarşısında başı aşağı olum. Çünki Allah qoysa, bu dəfə Suriyaya getsəm, çox da yaşamayacağam.”

Yaralanması və şəhadəti Həzrət Əbəlfəzl (ə) kimi idi
Atası göz yaşları içində dedi: Yaralandığını eşitdikdən 4 gün sonra, müəyyən razılaşmalarla Suriyaya gedə bildik. Suriyaya çatdıqda, Xanım Zeynəbin (s.ə.) hərəminin hansı tərəfdə olduğunu bilmədiyim üçün, 4 tərəfə salam verdim və dedim: Xanım can! İmam Hüseynlə (ə) son vidalaşmanda, çox dözümsüzlük edirdin. İmam Hüseyn (ə) əlini sinənin üzərinə qoydu və siz aram oldunuz. Sizi ananız Həzrət Zəhraya (s.ə) and verirəm ki, qardaşınızdan istəyin ki, əlini mənim də sinəmə qoysun və o aramlıq mənim də qəlbimə dolsun.
Laziqiyyədə Hamidin yatdığı xəstəxanaya çatdıqda, kimdən onu soruşdumsa, mənə dedi: “Həzrət Əbəlfəzlin (ə) faciəsini xatırla. Onun barədə nə deyiblərsə, Hamid barədə də eynisidir.” Raketin zərbəsi nəticəsində, Hamid iki əli və iki gözünü itirmişdi. Həkimlərin fikrincə qəlpə və partlayış nəticəsində beyninin 80 faizi dağılıb. Üzü elə yaralanmışdı ki, daha tanınmırdı. Komada idi.

General Süleymani onun başı üstə ağladı
Suriya xəstəxanalarında 22 gün yatdıqdan sonra, Tahrana gətirdik. Bəqiyyətullah xəstəxanasında yerləşdiyi ilk günlərdə Hacı Qasim Süleymani onun başı üstə gəldi. Elə ki gözü Hamidə sataşdı, gözündən yaş axmağa başladı və dedi: “Mən Suriyadakı qüvvələrimin ən çoxşaxəlisini itirdim.” O, 42 gün komada qaldıqdan sonra, 25 yaşında şəhadətə çatdı.

Şəhadət vəziyyətini rəsmə çəkmişdi!
Hacı Cəfər Cəvani, Hamidin Həzrət Əbəlfəzlə olan rəğbəti barədə dedi: “Oğlum vəsiyyətnaməsində yazdığı kimi və şəhid olduqdan sonra cibindən çıxan çəkdiyi rəsmlərdə, öz şəhadət vəziyyətini rəsmə çəkmişdi ki, Həzrət Əbəlfəzl kimi şəhid olur. Suriyalı və iranlılar arasında da, “Əbəlfəzli şəhid” ləqəbini aldı.



Mövlam İmam Xameneinin fərmanı ilə Suriyaya gedirəm
Bu əziz şəhid öz vəsiyyətnaməsinin bir hissəsində yazır: Ey Allah Rəsulunun (s) Əhli-beytinin (ə) aşiqləri! Mən çox arzulayırdım ki, kaş 1400 il öncə olardım və mövlam İmam Hüseynin (ə) ordusunda döyüşüb şəhid olaydım. Artıq o vaxtı çatıb ki, mövlam İmam Xaməneinin fərmanına “Ləbbəyk” deyim və peyğəmbərin Əhli-beytini (ə) müdafiə edim. Buna görə də, Suriyadakı hərəmləri müdafiə etməyə yollanıram. Arzu edirəm ki, bacısını müdafiə yolunda şəhid olan Həzrət Abbas (ə) kimi şəhid olum.

Mənbə: defapress.ir







1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
Go to TOP