Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2021

Kəbə Evini ziyarət etməyin sirri

Mütəal Allah insanı torpaqdan yaratdı, sonra onu əla-illiyin və ruhani məqam olan Öz qürbünə, qonşuluğuna və görüşünə dəvət etdi. İnsan əvvəldə təbiət aləmlərinin qaranlıqlarına batdığı, yer kürəsində palçıq və su arasında əsir olduğu üçün uca aləmlərə yüksələ bilmirdi. Ona görə də Mütəal Allah Öz lütfü ilə bu dünyada bir ev tikdi, onu Özünün evi adlandırdı, zəvvarların və Onu axtaranların ziyarətgahı qərar verdi ki, bu evin ətrafına təvaf edib, ziyarət etsinlər, beləliklə, Rəbb ilə üns saxlasınlar, öz halətlərinə uyğun olaraq Onunla mənus olsunlar, Onun qüds və qürb kimi uca aləmlərinə yüksələ bilmək üçün hazır olsunlar.
Mütəal Allah Öz evinin ziyarəti üçün bir sıra yol və əməllər qərar verdi ki, bu əməl və yolların hamısı torpaq aləmindən mələkut, cəbərut və lahut aləminə tərəqqi etməyə səbəb olur. Başqa sözlə, həcc əməlləri hacını həqiqi Kəbəni ziyarət etməyə hazırlayır. Necə ki, buyurur:

لَا یَسَعُنِی أرْضِی وَلا سَمائِی وَلکِن یَسَعُنِی قَلْبُ عَبْدِیَ الْمُؤْمِنِ

“Mən yerimə və göyümə sığmaram, lakin mömin bəndəmin qəlbinə sığaram.” (“Biharul-ənvar”, c. 58, səh. 39)
Başqa sözlə, həcc əməlləri nəfsin mərifətinə səbəb olur və nəfsin mərifəti Rəbbə mərifət tapmağa zəminə yaradır. Necə ki, həzrət Əmirəlmöminin (ə) Şəbaniyyə münacatında deyir:

“Qəlb gözlərimizi Sənə baxış nuru ilə işıqlandır ki, qəlb gözlərimiz nurani pərdələri yarıb, əzəmət mədəninə çatsın və ruhlarımız müqəddəs izzətinə bağlansın!”

Zülmət və nurani pərdələrə görə, insan əzəmət mədəninə çata bilmir.
Zülmət pərdələri bunlardır: təbiət aləmi (hiss olunan və görünəndir) və misal aləmlərindən bəziləri.
Nurani pərdələr də insanın surət və maddəni buraxdığı, təbiət aləmindən yuxarı ayaq basdığı vaxtdan başlayır. Həmin vaxt öz nəfsini bu surət və maddədən mücərrəd (çılpaq) görür, nəfs heç bir qabıq və surət olmadan onun üçün təcəlli olur, özünü böyük əmr görür. Bu zaman kəşf maarifi qapısı açılır. Nur pərdələri saçdıqda və insan nur aləmlərində təfəkkür edə bildikdə məbdə, məad və dini həqiqətlərə elm onun üçün aşkar olar. Necə ki, Mütəal Allah bu barədə buyurur:

“Hamısı Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qayıdacağıq!” (“Bəqərə” surəsi, ayə 285)

Elə bir yerə çatır ki, qəlb gözləri nur pərdələrini yarır və əzəmət mədəninə çatır. Bu zaman qürb məqamına nail olub, ilahi ad və sifətlər təcəllilərinə hidayət olur, Allahın zəvvarlarından və qonşularından sayılır.
Xülasə, Mütəal Allah Öz lütfü ilə dünya insanları üçün Öz evinin növündən olan bir ev qərar vermişdir ki, Onu ziyarət etmək feyzinə nail ola bilsinlər. Bu ev üçün bir sıra əməl və ibadətlər də göstəriş vermişdir ki, həmin əməl və ibadətlər Allahın həqiqi evini ziyarət etməyə zəminə yaradır.

“Əl-Muraqibat” kitabından
901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP