Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2021

Quraqlıq ilində İmam Sadiqdən (ə) dini və əxlaqi bir dərs

Artıq neçə il idi ki, yetərincə yağış yağmırdı. Ona görə də Mədinədə buğda qıtlığı yaranmışdı. Hər gün ötdükcə buğda azalır və satıcılar qiyməti qaldırırdılar. Bu məsələ sərvətli təbəqə üçün o qədər çətinlik yaratmırdı. Çünki onlar bir illik azuqələrini birdəfəyə alıb, anbarlara yığmışdılar. Ancaq yoxsul təbəqə bundan çox əziyyət çəkirdi. Onlar gündəlik ehtiyaclarını bazardan almaq məcburiyyətində qalmışdılar.
Bir gün İmam Sadiq (ə) Mədinə küçələrinin birindən keçirdi. Həzrət çörək növbəsinə dayanmış adamları gördü. İmam (ə) bu səhnədən çox narahat oldu. Evinə qayıtdıqda xidmətçisinə dedi: “Bu il evdə nə qədər buğdamız var?”

Xidmətçi elə bildi etdi ki, quraqlıq olduğu üçün İmam (ə) ailəsinin illik azuqəsi və çörəyinə görə narahatdır. Ona görə də sevinclə dedi: - Narahat olmayın, ey Peyğəmbərin övladı! Anbarda bir neçə aylıq buğdamız vardır.
İmam (ə) buyurdu: -Apar onları bazarda sat. Bizim anbarda buğda ola-ola, yoxsul camaatın çətinlik və əziyyət düşməyi yaxşı deyil.

Xidmətçi təəccüblə dedi: - Mənim mövlam, axı Mədinədə buğda tapılmır. Әgər bunları satsam, sonra özümüz üçün buğda almaq çətin olar və daha baha qiymətə almalı olarıq.

İmam (ə) buyurdu: “Dediyim işi et. Bundan sonra biz də Mədinənin yoxsulları kimi gündəlik olaraq bazardan yarı buğda, yarı arpa ilə bişmiş çörək alaq. Çünki mənim evimin çörəyi ilə xalqın işlətdiyi çörək arasında heç bir fərq olmamalıdır. Mən bu işi Allahın razılığını qazanmaq üçün edirəm.
1729 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP