Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2021

Yəmənli ekspert: Yəmən Fələstinə döyüşçü göndərir

Səlim Müntəsər: “Fələstinə döyüşçü göndərmək çoxdan planlaşdırılmışdı, lakin terrorçuların Məcsidül-Əqsa və Fələstinə hücumuna diqqət etməklə, bu iş tezləşdirildi və artıq yəmənli mübarizlərin Fələstinə göndərilmə prosesi başlayıb.”

Yəmənli ekspert Səlim Müntəsər “SNN” Xəbər Agentliyinə verdiyi müsahibəsində deyib: “Hal-hazırda sionistlərin işğal edilmiş Fələstində, xüsusilə də Qəzzədə qardaşlarımıza qarşı qanlı hücumlarına diqqət etməklə yəmənlilər şövqlə Fələstinə gedəcəklər və sionistlərlə ən sərt cavab verəcəklər, müqəddəslərimizi azad edəcəklər, yer üzünü onların şərindən xilas edəcəklər. Əbdülməlik bin Bədrəddin əl-Husi çoxdan idi ki, on minlərlə mahir döyüşçünü işğal edilmiş Fələstinə göndərməyi planlaşdırırdı. Amma bugün terrorçuların Məscidül-Əqsaya, ümumiyyətlə Fələstinə hücumuna diqqət etməklə yəmənli mübarizləri Fələstinə ezam edilməsi artıq başlamışdır. Tezliklə orada güc balansı fələstinlilərin xeyrinə dəyişəcək və sionistlər yəmənli mübarizlərlə həqiqi döyüşün tamını dadacaqlar. Bu mübarizlər o kəslərdir ki, qərb supergüclərinin ən müasir silahları onların iradəsi qarşısında baş əydi, onların irəliləyişinə və qələbəsinə mane ola bilmədi.”

Ekspert müsahibəsinin davamında deyib: “Ənsarullah Hərəkatı və Yəmən rəhbərliyi Fələstində axıdılan günahsız qanların qarşısnda bundan artıq dözüm göstərməyəcək və qərara almışdır ki, yüksək hərbi hazırlıqlı onlarla silahlı briqadanı Fələstinə göndərsin. Şəhadəttələb əhval-ruhiyyəli bu mücahidlər həyatı sionistlər üçün cəhənnəmə döndərəcək. Terrorçuların bütün ərəb və İslam ölkələrindən qovulacağı günədək onların qəzəbi soyumayacaq.”

Strateji məsələlər üzrə ekspert hal-hazırda Fələstində baş verən hadisələri qərb və onun ərəb ölkələrində kölələrinin qəsdən gizlətməyə səy etdiyi reallıq adlandıraraq deyib: “Xalis Məhəmməd (s) dininin nümayəndəsi təkcə İran İslam Respublikası və onun müttəfiqləridir. Onlar dinin, müqəddəslərin, İslam şəhidlərinin izzət və qanının qoruyucusudur. Fələstinliləri Təl-Əvivi daş əvəzinə, raketlə vurmağa təşviq edən, sionist düşmənlər qarşısında Fələstin müqavimətini hərbi silahla təchiz edən və gücləndirən Vilayəti-Fəqih hökuməti oldu. Halbuki, ərəb dövlətləri “əsrin sazişi” planı ilə Məscidül-Əqsanı ABŞ-ın sabiq prezidenti Donald Trampa və sionist rejiminin baş naziri Benyamin Netanyahuya satmaq istəyirdilər.
SEPAH-ın Qüds Qüvvələrinin komandiri Hacı Qasim Süleymani İslam torpaqlarında İslamın və müqəddəs məkanların ucalığı üçün ruhunu və canını qurban verərəkən Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Ərəbistan İslamı məhv etmək və müsəlmanların qanını axıtmaq üçün sionist rejimi ilə anlaşmada və plan cızmaqda idi. Sionistlər Fələstini bombalayarkən, Ərəbistan-sionist koalisiyasının qırıcıları Yəməni bombalayırdı.”

Ekspert daha sonra deyib: “Bu reallıqları görməyən müsəlman, öz müsəlmanlığına şübhə etməlidir. Bilmək lazımdır ki, Fars körfəzinin cənub rejimləri müsəlmanları qətlə yetirir, onlara qarşı məkirli planlar həyata keçirir, İslamı məhv etməyə çalışırlar. Bütün bu işlər qərb imperializminin və qərb ölkələrinin paytaxtlarında yerləşən sionist qrupların əvvəlcədən cızılmış planları əsasında həyata keçir.
Əgər Allahın rəsulunun (s) əziz qızı Zəhranın (ə) sülaləsinin övladları olmasaydı, Qüdü Günü viran və müsəlmanlar pərakəndə olmuşdu. Çünki bizim müasir tariximizin ən böyük rəhbəri İmam Xamenei və digər iki böyüklərimiz: Seyid Həsən Nəsrullah və Əbdüdlməlik bin Bədrəddin əl-Husi İslam ümmətinin əminlik qapısı, müqəddəsləri, İslam şəhidlərinin izzət və qanını qorumaqda düşmənlər qarşısında böyük divardır.”
2754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP