Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2021

Ərəbistan təcavüzkarları Yəməndə ağır məğlubiyyətə uğradı-125 ölü və yaralı

Ərəbistan təcavüzkar koalisiyasına aid qüvvələr Məarib şəhərinin qərbində Tələtul-həmra strateji bölgəsini işğal etmək üçün bir neçə dəfə hücum edib.
“Əl-Əxbarul-Lobnan” qəzetinin yazdığına görə, Ərəbistan təcavüzkar koalisiyasının hava dəstəyi ilə ötən cümə günündən başlanan hücumlarda koalisiya qüvvələri Homətud-Dəhlə bölgəsində irəliləyə bilməyib.
Qəzetin bildirdiyinə görə, Yəmən ordusu və xalq komitələri Tələtul-həmradan sonra Məaribin şimal-qərbi səmtinə irəliləməkdədir. Yəmənli qüvvələr düşmən koalisiyasının hücumlarını dəf etməyi bacarıb. Habelə, Məaribin şimal-şərqində Əl-Meyl səmtində irəliləyib, Qəbaqib və Hənafir bölgələrində düşmənin hücumlarını dəf ediblər.
Bir sıra mənbələrin bildirdiyinə görə, Ərəbistan koalisiyasının əməliyyat otağı istefa verərək ölkədən qaçmış Mənsur Hadinin tabeliyində olan terrorçulara yəmənli qüvvələrin çərşənbə günü azad etdikləri məntəqələri yenidən işğal etməyi əmr edib. Bu səbəbdən Mənsur Hadiyə aid qüvvələr Məaribin qərb və şimal-qərbində əməliyyata başlayıb.
Ötən iki gündə Riyada bağlı mudzluların verdiyi təlafat onların heç bir plan olmadan əməliyyat həyata keçirməsini göstərir. Belə ki, bu əməliyyat zamanı 125 muzdlu ölüb və yaralanıb.
Qəzet ölənlərin arasında koalisiya qüvvələrinin yüksək rütbəli komandir və zabitlərinin olduğuna da toxunaraq bu əməliyyatı “koalisiyanı razı salmaq üçün kollektiv intihar” adlandırıb.
Təcavüzkar koalisiyanın “Bədr döyüşü” adlandırdığı bu hücum əməliyyatında Əl-Qaidə terrorçuları da iştirak edib.
2136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP