Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2021

İraqlı deputat: Amerika İŞİD-in ömrünü uzadır

İraq parlamentinin üzvü və Fəth koalisiyasının rəhbərlərindən olan Məhəmməd əl-Bəyati bildirib ki, Amerikanın İraqda hüzuru İŞİD terror təşkilatının ömrünü uzadır.

“Məluməh” xəbər agentliyinə açıqlama verən parlament nümayəndəsi deyib: “İŞİD terror qrupu İraqda bütün cinahların düşmənidir. Onun bütün bölgələrə vəhşi hücumu da bunu təsdiq edir. Əgər amerikalılar olmasaydı, Həşd-Şəbi və ölkənin digər təhlükəsizlik orqanları İŞİD-i məhv edərdi və döyüşlər daha tez bitərdi.”

Əl-Bəyati əlavə edib: “Təhlükəsizlik qüvvələri və Həşd-Şəbi ilə birgə həyata keçirdiyimiz patrul xidmətlərində Amerikanın açıq-aşkar şəkildə İŞİD və digər terrorçu qrupları dəstəklədiyinin şahidi olduq. Amerikanın bu dəstəyi digər ölkələrdəki terror qruplarına da aiddir.

Amerika İŞİD-ə dəstək verir və bu məsələ onun fəaliyyətinin davam etməsinə səbəb olur.”
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP