Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2021

İraq Parlamentinin üzvü: Bağdad partlayışında Mossadın izi görünür

İraq Parlamentinin üzvü bu gün Bağdadda baş verən terror aktında və Neynəvada Həşd-Şəbi qərargahına hücumda Mossadın izinin göründüyünü deyib.

Baş verən hadisələrə münasibət bildirən Həsən Salim açıqlamasında deyib: “Hər iki hadisə Ərbildə Mossadın casusluq təşkilatının hədəfə alınmasından sonra baş verdi. Hər iki hadisədə sionist rejimi və separatçıların izlərini açıq-aşkar görmək mümkündür. Belə ki, Barzaninin yaraqlıları (peşmərgə) Həşd-Şəbinin 30-cu briqadasının qərargahına raket hücumu edib və eyni zamanda Həbibiyyədə bomba yerləşdirilmiş bomba partladı.”

Qeyd edək ki, bu gün Bağdadda bomba partlaması nəticəsində 4 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Habelə, Neynəvada İŞİD terrorçuları ilə mübarizə aparan İraq Könüllü Qüvvələrinin (Həşd-Şəbi) qərargahı raket hücumuna məruz qalıb. Bu hadisədə bir neçə nəfər yaralanıb.
746 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP