Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2021

Yəmən ordusu Ərəbistana ağır dron və raket hücumu etdi

Yəmən Silahlı Qüvvələri bəyanat yayaraq Ərəbistan ərazisinə dron və raket hücumu etdiyini xəbər verib.
“Əl-Məsirə” televiziya kanalının bildirdiyinə görə, Ərəbistanın Yəmənə təcavüzü və bu ölkə xalqını mühasirədə saxlamasına cavab olaraq həyata keçirilmiş əməliyyatda 17 dron və balistik raketdən istifadə edilib. “Simad-3” tipli 10 dron Cəddə və Cubeyldə Aramko şirkətinin neft emalı zavodlarını hədəf seçib.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii deyib ki, Xəmis Məşit və Cazan əyalətlərində də həssas hərbi mərkəzlər 5 ədəd “Qasif-K2” dronu və 2 ədəd “Bədr-1” balistik raketi ilə hədəfə alınıb.
Y. Sərii əlavə edib: “Əməliyyat dünən (11 aprel) gecə saatlarında başladı və bu gün sübh saatlarına kimi davam etdi. Allahın lütfü ilə nəzərdə tutulmuş hədəflər müvəffəqiyyətlə gerçəkləşdi. Biz bir daha təkid edirik ki, ölkəmiz əleyhinə təcavüz və mühasirə davam etdikcə, bizim əməliyyatımız da davam edəcək.”
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP