Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2021

Yəmən ordusu və xalq komitələri Məaribdə irəliləyir

Yəmənli qüvvələr irəlilədikcə döyüşlər daha da şiddətlənir. Yəmən ordusu və xalq komitələri Sirvah cəbhəsində önəmli uğurlara nail olublar, bundan əlavə bir sıra strateji mövqeləri azad ediblər. İşğalçı Ərəbistan koalisiyasının şiddətli hava hücumlarına baxmayaraq yəmənli qüvvələr əməliyyatları davam etdirir. Hal-hazırda Məarib ətrafında, xüsusilə də Blaq və Təliə Həmra cəbhələrində daha ağır döyüşlər gedir. İşğalçı Ərəbistan koalisiyasının Yəmən ordusunun irəliləməsinin qarşısını almaq üçün ağır hücumları nakam qalmışdır.

Ən yeni xəbərlərə görə, Yəmən ordusu və Ənsarullah qüvvələri Hamas-Seyd və digər məntəqələri işğaldan azad edib, Məaribin şimal və qərbində yeni irəliləyişlərə nail olub.

Cinayətkar koalisiya indiyədək Məaribdə 18 mindən çox silahlısının öldüyünü və minlərlə əsgərinin yaralandığını etiraf edib.

Düşmən koalisiyası ağır ruh düşkünlüyünə düçar olub. Bu üzdən Səna, Məarib, Sədə, Zumar və digər şəhərlərə dəli kimi hava hücumları ediblər, bu vasitə ilə öz silahlılarına əhval-ruhiyyə verməyə səy ediblər. Lakin bu arada Ərəbistan koalisiyasının öz qüvvələrini bombalaması onlarda ruh düşkünlüyünü daha da artırıb. Digər tərəfdən isə Yəmən ordusu və xalq komitələri Ərəbistanın daxilində strateji əhəmiyyətli mövqeləri bombalayıb.
2896 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP