Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2021

Duada açar əməllər

Duada ən mühüm məsələ çağırdığın Allahı tanımaq, Onun sənin duanı qəbul etməsinə inanmaqdır. İnsanların çoxu Allahı tanımaqda sırf tənzihə düçar olur, bu da Allahı inkara və tətilə səbəb olur. Bir dəstə də elə sanır ki, Allah içi boş bir şey, ya mühitdir, ya göylərdədir. Ona görə də yuxarı məkanda olan allahı çağırırlar, belə düşünürlər ki, özləri və aləm cövhərdirlər, öz zatları əsasında mövcuddurlar.

Bu üzdən duada önəmli məsələ onun şərtlərini kamilləşdirməkdir. Duanın şərtlərinin kamalı budur ki, dua edən öz şəninə uyğun olaraq icmali şəkildə Mütəal Allahı tanısın, dua edərkən Onu öz yanında hazır görsün, hətta dilinə gələn duanın da Allah tərəfindən olduğunu düşünsün, Ona xoşgüman olsun, duanın məzmunu onun məsləhətinə olarsa, qəbul olacağına ümidvar olsun. Duasının əvvəlində Allahın cəmal və cəlal, ya öz duasına uyğun olan adlarından bir neçəsini zikr etsin, Allaha həmd-səna etsin, sonra yeddi dəfə “ya ərhəmər-rahimin” desin, öz günah və eyblərini etiraf etsin, dua və onun icabətinə layiq olmadığını iqrar etsin. Daha sonra Məhəmməd və Ali-Məhəmmədə (s) salavat göndərsin, onlara təvəssül etsin, duasının qəbul olunması üçün Allahı onların haqqına and versin. Öz istəyini salavatdan ayıraraq deməsin və onu salavatın şərti, qeydi, ya sifəti qərar versin. Məsələn desin: “Məhəmməd və Ali-Məhəmmədə salavat göndər, elə bir salavat ki, məni ona xatir bağışlayasan.” Sonra duasını salavatla və “maşaəllahu la quvvətə illa billah” deməklə, sona çatdırsın. Habelə, dua edərkən ağlasın, gözündən iynə ucu, ya ağcaqanad qanadı ağırlığında yaş axsa da. Bütün bunları dörd dəfə təkrar etsin. Çünki Allah israrlı saili sevir. Dua üçün digər şərtlər də vardır və öz yerində deyiləcək.

(Mirza Cavad Ağa Məliki Təbrizi, “Əl-Muraqibat” kitabı)
630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP