Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2021

Yəməndə təcavüzkar Ərəbistan koalisiyasının onlarla muzdlusu əsir alındı

Yəmən cəbhə mənbəsinin verdiyi xəbərə görə, Məaribdə Yəmən ordusu və xalq komitələri qüvvələri ilə Ərəbistan-BƏƏ koalisiyası qüvvələri arasında ağır döyüşlər gedir.
Mənbənin “Əl-Məyadin”-ə verdiyi açıqlamasına görə, Yəmən ordusu və xalq komitələri Məaribin Səravih bölgəsində Əz-Zur kəndini təcavüzkar koalisiyanın işğalından azad edib.
Mənbə vurğulayıb ki, bu kəndin azad edilməsindən sonra Ərəbistan koalisiyasına aid onlarla muzdlu əsir alınıb.
Xəbər mənbələri bu gün döyüşlərin Məarib şəhərinin qərb girişində daha şiddətli olduğunu bildiriblər və Səna hökumətinə bağlı qüvvələr bu bölgənin böyük hissəsində nəzarəti ələ keçiriblər.
Habelə, ötən saatlar ərzində işğalçı koalisiyaya aid muzdlulardan 120 nəfərin ölməsi və yaralanması haqda xəbər verilib.
3818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
03.03.25, 08:55
Qusarda odunu 600 manata...
Go to TOP